Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 244

 

¹ 244                                    Bakı şəhəri, 22 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 25 mart tarixli 49 nömrəli qərarı ilə təsdiq edilmişTibbi sığorta şəhadətnaməsinin forması onun tətbiqi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 68-VQD nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 1782 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 25 mart tarixli 49 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,2002, N 3, maddə 152; 2008, N 6, maddə 581) ilə təsdiq edilmişTibbi sığorta şəhadətnaməsinin forması onun tətbiqi Qaydaları”nın “I. Tibbi sığorta şəhadətnaməsinin formasıbölməsində “(sığortalının tam adı, ünvanı)” sözləri “(sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) ünvanı)” sözləri ilə, “(soyadı, adı atasının adı, anadan olduğu il)” sözləri “(adı, soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi)” sözləri ilə sığorta agentinin soyadı, adı atasının adısözlərisığorta agentinin adı (fiziki şəxs olduqda, həmçinin soyadı atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) ünvanısözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2016.- 25 iyun.- S.6.