“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 12, maddə 740; 2002, N 12, maddə 706; 2003, N 1, maddə 23, N 8, maddə 428, N 12, I kitab, maddələr 676, 698; 2005, N 1, maddə 1, N 6, maddə 462, N 8, maddə 684, N 10, maddələr 873, 905, N 12, maddə 1083; 2006, N 3, maddələr 223, 225, N 6, maddə 481, N 12, maddələr 1015, 1029; 2007, N 2, maddə 80, N 12, maddə 1203; 2008, N 3, maddə 158, N 6, maddə 462, N 7, maddə 602, N 12, maddə 1047; 2009, N 1, maddə 5, N 2, maddə 56, N 3, maddə 160, N 7, maddə 519, N 12, maddə 947; 2010, N 4, maddə 276, N 6, maddə 485, N 10, maddə 840, N 11, maddə 939; 2011, N 1, maddə 12, N 4, maddələr 245, 264, N 11, maddə 985, N 12, maddə 1100; 2012, N 1, maddə 4, N 6, maddələr 508, 518,   N 7, maddə 646, N 10, maddə 947, N 12, maddələr 1216, 1227, 1229; 2013,     N 3, maddə 213, N 5, maddə 474, N 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, N 12, maddələr 1485, 1504; 2014, N 1, maddə 6, N 5, maddə 468, N 6, maddələr 603, 605, N 7, maddələr 774, 780, N 11, maddələr 1345, 1370; 2015, N12, maddə 1432; 2016, N1, maddələr 15, 36, N4, maddə 630) aşağıdakı dəyişikliklər edilsin:

1. 16.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

 

16.1.6. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün

20 ABŞ dolları                   

 

2. 16.1.8-ci, 16.1.9-cu və 17.8-ci maddələr ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2016-cı il

Azərbaycan.-2016.- 26 iyun.- S.4.