“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 5, maddə 520, N 12, maddə 1550; 2015, N 10, maddə 1141) aşağıdakı dəyişikliklər edilsin:

1.  4.1-ci bənddən “16” rəqəmləri “15” rəqəmləri ilə,” sözləri çıxarılsın.

2.  4.2-ci bəndin əvvəlinə “9.12-ci,” sözləri əlavə edilsin.

3.  5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Bu fərmanın 4.1-ci bəndi  2020-ci il yanvarın 1-dən, 4.2-ci bəndi isə 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.”.

                                     

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il

Azərbaycan.- 2016.- 26 iyun.- S.5.