Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 3, maddə 166; 2004, N 12, maddə 1005; 2009, N 10, maddə 784; 2014, N 1, maddə 21, N 10, maddə 1184) 2-ci hissəsinin səkkizinci abzasına “Nəqliyyat Nazirliyi” sözlərindən sonra  “, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il

Azərbaycan.-2016.- 26 iyun.- S.4.