Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 fevral tarixli 1255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 709 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 fevral tarixli 1255 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 2, maddə 93) ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə   2006-2007-ci illər üçün Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.  1-ci hissənin “İcraçılar” sütununa “Bakı Şəhər İcra Hakimiyyəti” sözlərindən sonra “, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilsin.

2. 32-ci hissənin “İcraçılar” sütununa “Bakı Şəhər İcra Hakimiyyəti,” sözlərindən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi,” sözləri əlavə edilsin.

          

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il

Azərbaycan.-2016.- 26 iyun.- S.4.