XaçmazdaMultikultural dəyərləri qoruyaqfestivalı keçirildi

 

XaçmazdaMultikulturalizmin alternativi yox!” şüarı altındaMultikultural dəyərləri qoruyaqadlı I Beynəlxalq festival keçirilib. Xaçmaz bu möhtəşəm festivala ciddi hazırlaşırdı. Rayon mərkəzi başdan - başa bayram ovqatıyla bəzədilmişdi. Küçələrdə, parklarda, xiyabanlarda yüzlərlə insan gəzişərək söhbət edir,  tədbirin başlamasını gözləyirdilər. Rayon sakinləri Tahir Məmmədquliyev, Sabir Təhməzov, Madina Quliverdiyeva belə bir bayramı çoxdan gözlədiklərini vurğuladılar. Bildirdilər ki, onları bura gətirən insanlar arasında yüksək qarşılanan multikultural dəyərlərin qorunmasına artan diqqət qayğıdır.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, respublikanın 37 rayonundan gələn qonaqlar, Milli Məclisin deputatları, ölkəmizdəki xarici səfirliklərin nümayəndələri öncə ulu öndərin adını daşıyan mərkəzin qarşısında ucaldılan abidənin önünə gül dəstələri düzdülər.

Daha sonra tədbir iştirakçıları müxtəlif rayonların multikultural dəyərlərini əks etdirən sərgiyə baxdılar. Balakən, Zaqatala, Masallı, Qusar digər rayonların eksponatlarını seyr etdilər. Milli azlıqların mədəniyyətini əks etdirən tətbiqi sənət əsərləri, kulinariya, folklor, musiqi, xalçaçılıq, dulusçuluq sənəti nümunələri  toplantı iştirakçıları tərəfindən maraqla izlənildi. 

Hər tərəfi musiqi sədaları bürümüşdü. Qarabağ şikəstəsi ilə birlikdə klassik musiqilər alqışlarla qarşılandı. Rayon musiqi məktəbləri şagirdlərinin ifasında Baxın, Motsartın, Dvorjakın melodiyaları səsləndi.

Tədbirin davamı kimi iştirakçılar Xaçmazın Şəxsiyyətlər muzeyinə gəldilər. Burada zorxana, güləşçilər, pəhləvanlar kəndirbazların hazırladıqları maraqlı proqram nümayiş etdirildi. Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biridiradlı rəsm sərgisi iştirakçılar tərəfindən maraqla qarşılandı.

Rayon tarix - diyarşünaslıq muzeyindəGənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu YAP Gənclər Şurası nümayəndələrinin birgə hazırladıqlarıMultikulturalizmin alternativi yox!” adlı elmi-praktik konfrans işinə başladı. Çıxış edənlər ölkəmizdə azsaylı xalqlara yaradılan qayğıdan, dəyərlərin qorunması üçün aparılan dövlət siyasətindən söhbət açdılar.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin, insan kapitalının artması istiqamətlərində həyata keçirilən layihələrin  respublika əhalisi dünya ölkələri tərəfindən rəğbətlə qarşılandığını bildirdilər. Multikultural sahədə fərqlənən mətbuat nümayəndələrinə mükafatlar təqdim edildi.  Belarus, Misir Türkiyə dövlətlərinin yüksək vəzifəli şəxsləri ilə Azərbaycan Mədəniyyət Turizm Nazirliyi arasında memorandum imzalandı.

Sonda qərara alındı ki, növbəti festival Qubada keçirilsin, rəmzi açar həmin rayonun nümayəndələrinə təqdim olundu.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2016.- 26 iyun.- S.12.