Şəkiİpək yolu” VII Beynəlxalq musiqi festivalına start verilib

Təşkilatçılar da məmnundurlar, iştirakçılar da...

 

Şəki daha bir möhtəşəm tədbirə evsahibliyi etməyə başlayıb. İyunun 27-də bu qədim zəngin ənənələri ilə seçilən məkanda növbəti musiqi bayramı - Şəkiİpək yolu” VII Beynəlxalq  musiqi festivalına start verilib.

Mədəniyyət Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Yaponiya, Türkiyə, İran türkdilli ölkələrdən gəlmiş musiqi rəqs kollektivləri, sənətçilər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.

Şəki şəhərindəki Yay teatrında keçirilən mərasimi festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən artıq 7-ci dəfə keçirilən Şəkiİpək yoluBeynəlxalq musiqi festivalının bu dəfə şəkililərə qonaqlara unudulmaz anlar yaşadacağını vurğulayıb. Bədii rəhbər bildirib ki, Yaponiya, Türkiyə, Monqolustan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan digər ölkələrin musiqiçilərinin ifasında heyrətamiz, rəngarəng unudulmaz musiqi sədaları festivalı bəzəyəcək, Şəkidə özünəməxsus ab-hava yaradacaq.

TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov Şəkidə ənənəvi olaraq keçirilənİpək yoluBeynəlxalq musiqi festivalında iştirak etməyin çox önəmli olduğunu söyləyib. Builki festivalın açılışı kimi fəxri missiyanın TÜRKSOY-a həvalə olunduğunu diqqətə çatdıran qurumun rəhbəri 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən xalq çalğı alətləri orkestrinin çıxışının Şəkiİpək yoluBeynəlxalq musiqi festivalının tarixində dərin iz buraxacağını vurğulayıb.

Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəkiİpək yolu” VII Beynəlxalq musiqi festivalının əlamətdar bir dövrə təsadüf etdiyini bildirib. Qeyd edilib ki, ötən il Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki 2016-cı il üçünTürk dünyasının mədəniyyət paytaxtıelan olunub.

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğinə daim böyük diqqət qayğı göstərildiyini vurğulayan Elxan Usubov cari ilin yanvarında Prezident İlham Əliyev tərəfindən Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı imzalanan sərəncamın əhəmiyyətini xüsusi qeyd edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda şəhərin bir hissəsini əhatə edənYuxarı BaşDövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində lazımi aparılır.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, Şəkiİpək yolu” VII Beynəlxalq musiqi festivalı türk xalqları arasında dostluq qardaşlıq əlaqələrini daha da artıracaq, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq dünyaya tanıtmaq istiqamətində mühüm rol oynayacaq.

Rəsmi hissədən sonra TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri türkdilli ölkələrin solistləri geniş konsert proqramı ilə çıxış ediblər.

Orkestrin bədii rəhbəri dirijoru Qazaxıstanın tanınmış musiqiçisi Marat Jalbirovdur.

TÜRKSOY-un Baş Katibliyinin təşəbbüsü ilə yarananüzv ölkələrin musiqiçiləri ilə təmsil olunan bu orkestrin heyəti Türk Dünyası etnik xalq çalğı alətlərinin ifaçılarından ibarətdir. Türk xalqlarına məxsus ənənəvi musiqini dombra, bağlama, kobiz, tar, kuray, ney, qaval, ağız qopuzu, yetigenqanun kimi alətlərdə ifa edən orkestr ilk dəfə 2016-cı ilin martında beynəlxalq Novruz bayramı tədbirləri çərçivəsində Ankara, İstanbul, Nyu YorkVaşinqtonda konsertlər verib.

Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları və Monqolustan kimi ölkələrdən peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alıb.

Orkestrin çıxışı və solistlərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi - festivalın simvolu təqdim olunub.

Qeyd edək ki, festival iyulun 1-dək davam edəcək və tədbir çərçivəsində iştirakçılara maraqlı proqramlar təqdim olunacaq. “Şimdi” ansamblının (rəhbəri Şirin Pancaroğlu), İstanbul Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Türkiyə xalq mahnı və rəqs ansamblının, “Vas-LiqaYaponiya musiqi ansamblının, Şəki “Zirvə” ansamblının ifaları, Gəncə Dövlət Flarmoniyasının konserti Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı, Azərbaycan Respublikasının xalq artisti, professor Ağaverdi Paşayevlə görüş festivalın repertuarını daha da zənginləşdirməklə iştirakçılara xoş anlar yaşadacaq.

 

Əli SƏLİMOV,

Azərbaycan.-2016.- 29 iyun.- S.7.