Mismar saplardan yaranan incə sənət: filoqrafiya

 

İncəsənətin çox nadir hesab edilən növlərindən biri filoqrafiyadır ki, Mərkəzi Asiyada yaransa da, materikin bir yanından digər tərəfinə qədər yayılıb. Lakin hazırlanması olduqca çətin olduğundan insanların maraq dairəsindən kənarda qalıb. Xalçaçılıqda  əriş-arğacdan, tikməçilikdə iynə-sapdan, rəssamlıqda fırça boyadan istifadə olunduğu kimi, bu sənətdə   özünəməxsus istifadə materialları var: mismar ip (sap). Bəli, mismar ipdən (sapdan)  məharətli əllərlə gözoxşayan incəsənət əsəri yaratmaq mümkündür. İngilis dilindəxətt yazısımənasını verən bu incəsənət növü ölkəmizdə geniş yayılmayıb. Bəlkə çoxları belə bir sənətin mövcudluğundan xəbərsizdir.

Görəsən, bəs əsərlərindən nümunələrlə tanış olduğumuz Aytən Əliyevada, çoxlarından fərqli olaraq, incəsənətin bu növünə maraq haradandır? O,  filoqrafiya sənətini  ölkəmizdə yaradan, yaşadan yayan sənətkarlardan birinci olduğunu deyir. İxtisasca rəssam belə olmayan Aytən Əliyevanın bu sənətə marağı, özü demişkən, təsadüfidir: “Mərdəkanda əl işləri dükanı vardı. İlk dəfə bu sənətin nümunələrini orada gördüm açığı, heyran oldum. Düşündüm ki, bu qeyri-adi sənətdə özümü sınaya bilərəm. İxtisasca tibb bacısı olsam da, incəsənətə, xüsusən rəssamlığa, o cümlədən tətbiqi-sənətə böyük marağım olub. Fikirləşdim qəti qərara gəldim ki, mən nəsə bir şey düzəldə bilərəm”. Sonra internetdə araşdırıb belə bir sənət növünün mövcudluğunu öyrəndim”.

Bu sahədə mütəxəssis kimi tanınsa da, Aytən Əliyeva cəmi bir ildir filoqrafiya ilə məşğul olduğunu deyir. Həvəskar olsa da, o, bu sənətin peşəkarı kimi qısa müddət ərzində bir-birindən maraqlı nümunələr yaradıb. Əvvəlcə kiçik işlərdən başlayan rəssam-tikməçi getdikcə əsərlərinin sayını  artırıb, ölçülərini genişləndirib. Hazırladığı nümunələrdə əsasən  dövlət atributlarına milli ornamentlərə üstünlük verib, üstəlik, əlamətdar günlərlə bağlı yaratdığı tablolar da az deyil.

Mismar iplər vasitəsilə sənət nümunələri  yaratmaq ilk baxışdan asan görünsə , bu yaradıcılıq, qabiliyyət səbir tələb edir. İş prosesində lazım olan ləvazimatlar müxtəlif ölçülü mismarlar, taxta lövhə, kəlbətin, ip çəkicdən ibarətdir. İşin texnikası isə daha qəlizdir. Kiçik ölçülü lövhənin üzərindəki tabloya əvvəlcə mismarlar vurulur. Onların arası isə təxminən 5 mm olur. Diqqət tələb edən digər məqam belə sıx vurulmuş mismarların arası ilə iplərin keçirilməsidir (hörülməsi) ki, bunu da necə gəldi etmək olmaz. Yəni iplər mismarlara xüsusi nizamla toxunmalıdır.

Artıq bu qeyri-adi incəsənət növündə özünü usta kimi təsdiqləyən Aytən Əliyeva deyir ki, işə başlamamışdan öncə xeyli düşünür: “Bəzən bu düşünmə iki gün davam edir. Düşünürəm ki, hansı tablonu işləyəcəyəm. Əvvəlcə həmin işin fonunu  fikirləşirəm. Çünki əsas fonun rəngidir. Sonra şəklə uyğun rəngləri seçirəm. İşləmək üçün əsas alətlər bunlardır: çəkic, kəlbətin, taxta mismar. Mismarlar tikintidə işlədilən, əsasən xarratların istifadə etdiklərindəndir”.

Tablonu yaradarkən çətinliklərlə üzləşən Aytən xanım deyir ki, mismarla işləmək əsasən kişilərə xasdır. Ona görə ilk vaxtlar mismarlarladil tapmayıb”. O,  bir işin  ərsəyə gəlməsi üçün onun texnikasını mənimsəməyə 3 ay vaxt sərf edib. Bir hörgü isə, ən azı, 15 dəqiqə vaxt aparır.

Aytən yaratdığı əsərlərdən zövq almaqla yanaşı, onlardan maddi qazanc da əldə etdiyini gizlətmir. Əsərlərinin qiyməti, ölçülərindən asılı olaraq, 20-250 manat arasında dəyişir.  Məqsədi yeni hesab edilən incəsənətin bu növünə cəmiyyətdə maraq oyatmaq, gənclərə onun sirlərini öyrətməkdir. Buna görə də bir dərnək yaratmaq istəyindədir.

2014-cü ildən tətbiqi-dekorativ sənətlə məşğul olan Aytən Əliyevanın əl işləri bir neçə sərgidə nümayiş etdirilib, hətta əcnəbi qonaqlar, turistlər onun əsərlərini alaraq öz ölkələrinə aparıblar.

XVII əsrdə İngiltərədə bu sənət növü əvvəllər çox sadə şəkildə işlənib: taxta üzərində hər hansı bir fiqurun görüntüsünü mismarla həkk etmək, sonra isə onların arasını sapla toxumaq. Son 50 ildə Türkiyədə geniş yayılan filoqrafiya ölkəmizdə də özünə geniş şəbəkə yaratmaqdadır.

İctimai şüurun formalarından biri olan incəsənət insanın mənəvi aləminin onun həyata bədii estetik münasibətinin ifadəsidir. Daha sadə dillə desək, incəsənət həyatın bədii əksidir və onun müxtəlif növləri məlumdur. Estetik  zövqündünyagörüşün formalaşmasında incəsənətin hər bir növünün əhəmiyyəti danılmazdır.  Ona görə də incəsənət əsərlərinin daha geniş formada təqdim edilməsi üçün layihələrin reallaşması ilk növbədə onun inkişafına dəstəkdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2016.- 29 iyun.- S.7.