Təməl möhkəm olanda...

Zirə Mədəniyyət Mərkəzində yeniyetmə və gənclərin mənalı istirahəti, hərtərəfli inkişafı üçün hər şərait var

Ölkəmizdə yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, fizikipsixoloji inkişafı, hərtərəfli formalaşması prioritet sahələrdəndir və bu səbəbdən hər zaman diqqətdə saxlanılır.

Təkcə son illər istər paytaxtda, istərsə də bölgələrdə bu istiqamətdə kifayət qədər layihələr icra olunub: yeni-yeni gənclər və mədəniyyət mərkəzləri, təhsil ocaqları və çoxlu sayda uşaq şəhərcikləri yaradılıb. Bu işdə Heydər Əliyev Fondu xüsusi ilə yaxından iştirak edir. Fond yarandığı vaxtdan digər sosial sahələrlə bərabər, yeniyetmə və gənclərin, kiçik yaşlı uşaqların inkişafı üçün misilsiz xidmətlər göstərir.

Belə xidmətlərdən birifondun yeni layihəsi əsasında ərsəyə gələn Zirə Mədəniyyət Mərkəzi və eko-parkıdır. Bu cür məkanın paytaxtın mərkəzində yox, qəsəbədə yaradılması onun əhəmiyyətini daha da artırır. Mərkəz və eko-parkla yaxından tanış olmaq üçün yerləşdiyi ünvana yollandıq. Gördüyümüz mənzərə bizi heyran etdi. Amma 6 hektar ərazini əhatə edən məkan təkcə kənardan görünüşü ilə diqqət çəkmir. Bura həm də qəsəbənin sosial-mədəni inkişafına töhfə verən bir yerdir.

 

Uşaqlar istək, qabiliyyət və istedadlarına uyğun sahələrə cəlb olunurlar

 

Bu gözəl məkanla tanışlıqda Zirə Mədəniyyət Mərkəzi nəzdindəki tədris mərkəzinin müdiri Ləman Əliyeva bizə bələdçilik etdi. Öyrəndik ki, xüsusi layihə əsasında tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsi tamamilə tədris üçün nəzərdə tutulub. Girişdə ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətlərini əks etdirən fotostend qurulub. Buradakı qalereyada isə yaşıllıq sahəsi salınıb, müxtəlif növ ekzotik bitkilər, gülağaclar əkilib, köşklər qoyulub.

Mərkəzlə tanışlıqdan sonra dərs otaqlarını, ayrı-ayrı zalları gəzirik. Uşaqlar və müəllimlər başındadırlar. Xarici dil kabinetində ingilis dili ilə yanaşı, rus və fransız dillərinin öyrənilməsi üçün bütün dərs vəsaitləri var. Kabinetdə elektron lövhə qurulub, hər şagird masası kompüterlə təchiz olunub. İngilis dili ayrıca fənn kimi tədris edilir. Digər dərslər ümumi qəbul edilmiş dərslik proqramından fərqli olaraq istək, qabiliyyət, istedad tələb edən və yaradıcı sahələrdir.

Diqqətimizi şahmat sinfi çəkdi. Sinifdə bu qədim oyunun sirlərini öyrənmək istəyənlər üçün elektron lövhələr qurulub. Oyunlar eyni vaxtda internet vasitəsilə monitorda nümayiş olunur. Hazırda 30-dan yuxarı yeniyetmə şahmat dərslərində iştirak edir.

Art-studiyada isə rəngkarlığın sirlərini öyrənmək istəyən müxtəlif yaş qruplarına aid istedadlı gənclər çalışır. Studiyada gənc rəssamlar üçün bütün zəruri avadanlıq və vasitələr var. Dərslər peşəkar rəssamlar tərəfindən tədris olunur. Gənclərə yaxınlaşıb fikirlərini öyrənirik. Gənc rəssam Kənan Quliyev hələ kiçik yaşlarından rəssamlığa böyük həvəsinin olduğunu deyir. Studiyada onlar üçün belə bir şəraitin yaradılmasından razılıq edən həmsöhbətimiz rəssamlığın əsas sirləri ilə tanışlığa burada başladığını bildirir: “Mərkəzə cəmi bir neçə ay öncə gəlməyimə baxmayaraq, qısa müddətdə özümdə böyük irəliləyiş görürəm. Hər şeyi yenidən və daha dəqiq öyrənməyə başlamışam. Kompozisiya janrlarını xoşladığıma görə əsasən yağlı boya ilə, eyni zamanda müxtəlif rənglərlə işləyirəm. İlk vaxtlar çətinliklə öhdəsindən gəldiyim işi indi tezdaha keyfiyyətli görürəm”.

Moda studiyası da müasir avadanlıqlarla təmin olunub. Studiyadakı paltarların biçimi tikişi kursları fərdi qrup şəklində keçirilir. Ən son rəqəmsal avadanlıqlarla təchiz edilən foto-video studiyasında isə peşəkar çəkiliş xidmətlə yanaşı, foto-video-montaj dərsləri keçirilir, mərasimlərin işıqlandırılması texnologiyaları öyrədilir.

Mərkəzdə balacaların mənalı istirahəti üçün kino zalı fəaliyyət göstərir. 300 nəfərlik 3D kinozalındaNizamikino mərkəzində nümayiş olunan filmlər göstərilir. Zalda konsert, musiqili gecələr, iclas, toplantı təqdimatların keçirilməsi mümkündür.

Bura isə idman bədii gimnastika təlimləri üçün nəzərdə tutulan zaldır. Zalda oğlanlar idman, qızlar isə bədii gimnastika ilə məşğul olurlar. Gimnastika Federasiyası tərəfindən bütün avadanlıqlarla təchiz edilən zalda tədrislə elə federasiyanın müəllimləri məşğul olurlar. Hətta buradakı gənclər artıq bir neçə yarışda təmsil olunublar yerlər tutublar. Onlar arasında ibtidai sinif şagirdlərindən tutmuş universitet tələbəsinədək olan oğlan qızlar var.

 

Bütün məşğələlər, hazırlıqlar tədris pulsuz keçirilir

 

Mərkəzdə diqqətçəkən yeniliklərdən biri burada həm böyüklərin, həm kiçiklərin üzünə açıq elektron kitabxananın olmasıdır. Mərkəzləşdirilmiş sistemlə təchiz olunan kitabxanada 3 mindən artıq elektron kitab var. Dərslikləri, tarix, ədəbiyyat, coğrafiya, eləcə Qarabağın tarixi, Heydər Əliyevin irsi Heydər Əliyev Fonduna aid olan elektron kitabları mərkəzləşmiş elektron monitor vasitəsilə doğma dillə yanaşı, bir neçə əcnəbi - rus, ingilis, ispan, türk, yapon s. dillərdə oxumaq olar. Audiokitablar isə ən çox rus ingilis dillərindədir. L.Əliyeva deyir ki, kitabxanaya maraq böyükdür: “Xüsusilə yeniyetmə gənc oxucularımız çoxalıb. İçəriyə giriş azaddır - istənilən məktəbli, tələbə, müəllim digər şəxslər gəlib kitabxanadan istifadə edə bilərlər”.

Mərkəzdə muzey formatında yaradılan Zirə Xalça Muzeyinin nəzdində fəaliyyət göstərən Xalçaçılıq Tədris Mərkəzində isə xalçalarımız haqqında praktik nəzəri dərslər keçirilir. Bu dərslərdə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Mərkəz xalçaçılıqda istifadə olunan ləvazimatlarla hanalarla, həmçinin dərslərin səmərəli keçirilməsi üçün Azərbaycan xalçaçılığından bəhs edən audio video materiallar, kitablar, kataloq jurnallarla təmin olunub.

Onu da qeyd edək ki, Zirə Mədəniyyət Mərkəzində yaradılan geniş imkanlardan təkcə Zirə qəsəbəsinin sakinləri yox, Pirallahı, Gürgan, Türkan qəsəbələrindən digər yerlərdən gələn sakinlər faydalana bilirlər. Həm maraqlısı odur ki, burada sadaladığımız bütün tədris məşğələlər ödənişsizdir.

 

“Şəhərə gedib-gəlməkdən qurtulmuşuq

 

Zirə Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın ətrafı gözoxşayan yaşıllıqla əhatə olunub. Gəzinti və istirahət üçün burada hər cür şərait var. Xüsusən uşaqların əyləncə dünyası üçün geniş şərait yaradılıb. Buradakı uşaq şəhərciyi şəhərin ən yaxşı əyləncə mərkəzlərindən geridə qalmır. Geniş park, intellektual oyunlar, istirahət və əyləncə yerləri, bir sözlə, uşaq dünyasına aid nə istəsən tapa bilərsən bu şəhərcikdə. Bəzəkli attraksionlar, çoxlu sayda uşaq-oyuncaq avadanlıqlarının olması mərkəzi balacalar üçün daha sevimli edib. Hər zaman sağa-sola yüyürən uşaqların çöhrəsində də bunu hiss etmək mümkündür.

Valideynləri, müəllimləri ilə gəzməyə gələnlər də az olmur. Zirə qəsəbəsindəki 120 saylı məktəbin ibtidai sinif müəllimi Səadət Əliyeva deyir ki, mərkəz istifadəyə veriləndən sonra şəhərə gedib-gəlmək problemləri həll olunub: “Neçə ildir müəllimə işləyirəm, işim uşaqlarladır. Müxtəlif tamaşalara baxmaq, intellektual oyunlarda iştirak etmək üçün onları vaxtaşırı şəhərə aparmalı olurdum. Ancaq etiraf edim ki, bu bizim üçün baha başa gəlirdi - şəhərin mərkəzi uzaq olduğundan həm vaxt, həm də vəsait itirirdik. Fiziki çətinlik də öz yerində. Hətta bəzən elə olurdu, gedə bilmirdik. Zirə Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi ilə bu problemimiz həll olundu. İndi tez-tez bura gəlirik. Şagirdlər burada özlərini çox şən və rahat hiss edirlər. Daha nə vaxtımız gedir, nə də pulumuz”.

Beləcə, bura gələn uşaqlar və valideynlər kimi bizxoş təəssüratlarla ərazidən uzaqlaşırıq və bir daha şahidi oluruq ki, ölkədə uşaqların peşə və bacarıqlarının formalaşması, əqli və fiziki inkişafının, eyni zamanda, mədəni istirahətinin təmin edilməsi üçün geniş imkanlar yaradılır. Qonağı olduğumuz mərkəz belə ünvanlardan biridir, özü də nümunəvi...

 

Elnur HADIYEV,

Azərbaycan.-2016.- 29 iyun.- S.7.