“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 5, maddə 413; 1999, N 5, maddə 284, N 7, maddə 396, N 10, maddə 570; 2001, N 5, maddə 292, N 6, maddə 379, N 7, maddə 455; 2002, N 1, maddə 4, N 12, maddə 706; 2003, N 6, maddə 278; 2004, N 2, maddə 57, N 3, maddə 133, N 4, maddə 199, N 8, maddələr 597, 598, N 9, maddə 669; 2005, N 1, maddə 7, N 8, maddə 686; 2006, N 1, maddə 4, N 12, maddə 1005; 2007, N 5, maddələr 439, 446, N 7, maddə 712, N 11, maddə 1078, N 12, maddə 1222; 2008, N 3, maddə 163, N 7, maddə 609; 2009, N 2, maddə 46, N 11, maddə 878; 2010, N 7, maddə 596, N 10, maddə 842; 2011, N 4, maddə 265; 2013, N 1, maddə 21; 2014, N 2, maddə 85, N 7, maddələr 782, 784; 2015, N 2, maddə 98, N 4, maddə 346, N 5, maddə 483, N 11, maddə 1286) 86-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Müvafiq icra hakimiyyəti orqanı birinciapelyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, habelə birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə, hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda isə hakimin vəzifələrinin icrasını müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə həvalə etmək hüququna malikdir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2016-cı il

Azərbaycan .-2016.- 30 iyun.- S.2.