Bilik FondundaMultikulturalizmjurnalının təqdimatı oldu

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası Yaradıcılıq Fondunun birgə nəşri olanMultikulturalizmjurnalının təqdimatı olub.

Təqdimat mərasimində jurnalın yaradıcı heyəti, fondun əməkdaşları, yerli nümayəndələri, Könüllülər Birliyinin üzvləri, jurnalistlər, ədəbiyyatçılar iştirak ediblər.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ölkə başçısının Azərbaycanda multikulturalizmin mövcudluğu, bu meyillər ideyaların güclənməsi, ictimaiyyətdən daha çox dəstək alması ilə bağlı fikirlərinə istinad edərək xalqımızın tolerantlıq ənənələrindən söz açıb. İ.Vəliyev deyib ki, “Multikulturalizmjurnalının ilk sayında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, Millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dərin məzmunlu məqalələri dərc olunub.

Jurnalın baş redaktoru Fəxri UğurluMultikulturalizmjurnalının Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə vermək məqsədilə nəşr olunduğunu diqqətə çatdırıb. F.Uğurlu jurnalın bölmə rubrikaları haqqında iştirakçılara ətraflı məlumat verib.

Çıxış edənlər -Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhtçisi Rəşad İlyasov, Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev, Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva, BSU-nun dosenti Mübariz Əhmədov başqaları Azərbaycanın multikultural dəyərlərinin təbligində geniş yayılmasında dərginin böyük rol oynayacağına inandıqlarını bildirib, maraqlı təkliflər irəli sürüblər. Tədbirin gedişində səsləndirilən təkliflər müzakirə olunaraq qeydə alınıb.

2016-cı ilin Azərbaycan RespublikasındaMultikulturalizm ilielan edilməsinə dair Tədbirlər Planına əsasən nəşr olunan ədəbi-bədii, elmi-publisistik jurnalın redaksiya heyətinə tanınmış dövlət elm xadimləri, yazıçı şairlər cəlb olunub. Beynəlxalq redaksiya şurasında Rusiya, ABŞ, Fransa, Almaniya, Türkiyə, Yaponiya, Braziliya, Portuqaliya, Finlandiya, İtaliya başqa ölkələrin yazıçıları təmsil olunur.

 

Azərbaycan.-2016.- 30 iyun.- S.5.