Kristovam Buarke: Azərbaycan multikulturalizmi bir model kimi böyük maraq doğurur

 

Braziliya Milli Konqresi Federal Senatının elm, texnologiya, innovasiya, kommunikasiya informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke Azərbaycan multikulturalizminin bir model kimi böyük maraq doğurduğunu, Bakının sivilizasiyaların birləşdiyi bir məkana çevrildiyini bildirib. O, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə əməkdaşlıq çərçivəsindəAzərbaycan multikulturalizmifənninin Braziliyada da tədris olunmasının Mərkəzin filialının bu ölkədə açılmasının önəmini qeyd edib, atılacaq bu addımların xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacağını vurğulayıb.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Kristovam Buarke ilə görüşündə Braziliyanın ölkəmizdəki səfiri Santiaqo Alkazar, deputat Asim Mollazadə, Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin böyük məsləhətçisi Lalə Çələbizadə iştirak ediblər.

Görüşdə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanda həyat tərzi olan multikulturalizmin dövlət siyasətinin prioritet istiqaməti olduğunu örnək model kimi Prezident İlham Əliyevin siyasi iradəsi rəhbərliyi ilə dünyaya ixrac edildiyini vurğulayıb.

Qonaqlara Mərkəzin həyata keçirdiyi mühüm layihələr haqqında ətraflı məlumat verən BBMM-in icraçı direktoru Azad Məmmədov bildirib ki, hazırda Portuqaliyadan İndoneziyayadək dünyanın 13 məşhur universitetindəAzərbaycan multikulturalizmifənni tədris olunur.

BBMM-in müşaviri, professor Aytən Qəhrəman bu yaxınlarda Mərkəzin Almaniyanın Drezden Portuqaliyanın Lissabon şəhərlərində filial nümayəndəliklərinin açıldığını, bu il ərzində isə İtaliyada, İsveçdə, Rusiyada, Gürcüstanda, Belçikada Qazaxıstanda da filial nümayəndəliklərin açılacağını qonaqların diqqətinə çatdırıb.

 

Azərbaycan 2016.- 5 mart.- S. 5.