Əsl sərkərdə belə gündə tanınır

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birlikdə Qarabağa - erməni işğalçıları ilə təmas xəttində yerləşən bölgəyə səfər etməsi, separatçı faşistlərin atəşi nəticəsində Tərtər və Ağdamın dağıdılmış kəndlərinin əhalisi, xəstəxanada müalicə alan sakinləri ilə görüşləri ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyini və döyüş əzmini yüksəldən hadisə kimi qarşılandı. Dövlət başçısının vaxtaşırı regionlarda olmasına çoxdan alışmış Azərbaycan xalqı Prezidentin budəfəki səfərini cəsarətli addım və sərkərdə qətiyyəti kimi yüksək qiymətləndirdi. Xalqımız bir daha şahid oldu ki, Ali Baş Komandan İlham Əliyev daim xalqının və əsgərinin yanındadır.

Yaxşı yadımdadır, 1992-ci ildə burada adi rayon xəstəxanası var idi. O vaxt səhiyyənin imkanları məhdud, üstəlik, rayon xəstəxanasının təchizatı zəif idi. Ağır döyüşlərdən sonra yaralıların sayı artanda ciddi çətinliklər yaranardı. İndi Bərdədəki Müalicə-Diaqnostika Mərkəzi müasir səhiyyənin tələblərinə yüksək səviyyədə cavab verir, buranın tibb personalı daxil olan xəstələrə peşəkar yardım göstərir.

Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini - Zahid Rəhimov, Elgiz QarayevAnar Abdullayev bu mərkəzdə müalicə olunurlar. Dövlətimizin başçısı və xanımı yaralı kənd sakinlərinə baş çəkdi, vəziyyətləri ilə maraqlandı, onlara şəfa dilədilər. Ən başlıcası isə dövlət başçısının son hadisələrə verdiyi qiymət oldu: “Mən gəlmişəm ki, sizi görüm, öz sözümü deyim. Siz erməni silahlı təxribatından əziyyət çəkmisiniz. Görürsünüz ki, onlar mülki əhaliyə qarşı müharibə aparırlar. Evlər dağılır, insanlar həlak olur, mülki şəxslər yaralanırlar. Bu, hərbi cinayətdir”.

Amma təəssüf ki, bu kimi cinayətlərə dünyanın söz sahibləri, supergücləri biganə münasibət nümayiş etdirir. Nəticədə Qafqazda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində böyük münaqişələr yaşanır, etnikdini zəmində baş verən qarşıdurma və toqquşmalar dərinləşir.

Azərbaycan işğal altındakı torpaqlarından ona aramsız həmlələr edən erməni faşistlərinə cavab verən kimi həmin güclər bütün səviyyələrdə sülhün bərqərar olmasından danışdılar. Biz güzəştə gedib atəşkəsi bərpa etdik. Əvəzində məğlubiyyətini pinələyib gizlətmək istəyən erməni faşistləri sərhəd boyu kəndlərimizdə dinc sakinləri hədəfə almağa, yaşayış evlərini, məktəbləri, uşaq bağçalarını, səhiyyə ocaqlarını top atəşinə tutmağa başladılar. Lakin nədənsə bu dəfə erməni məğlubiyyətindən təşvişə düşənlərin tükü də tərpənmədi...

Dövlət başçısı yaralılarla, təmas xəttində yaşayan əhali ilə görüşlərində bütün qaranlıq məqamlara aydınlıq gətirdi, Ermənistanın hücumlarını məğlubiyyətdən doğan aqressivliyin təzahürü kimi dəyərləndirdi: “Dağılmış bu evlər erməni faşizminin təzahürüdür. Görün, bu evləri nə günə qoyublar. Orada yaşayanlar, onlar necə olacaqlar? Onlara əlbəttə ki, Azərbaycan dövləti öz dəstəyini göstərəcəkdir. İndi komissiya işləyir, aktlaşma gedir. Bütün dəymiş ziyan qeydə alınır və Azərbaycan dövləti bu evlərin bərpası, tamamilə dağılmış evlərin tikintisi üçün vəsait ayıracaq”.

Onu da qeyd edək ki, bu dağıntılar həm də xarici jurnalistlər tərəfindən lentə alınıb. Prezident bildirdi ki, hazırlanan sənədlər əsasında Azərbaycan tərəfi hüquqi müstəvidə hərəkət edəcək. Dövlət başçısı düşmənlə üz-üzə yerləşən kəndlərdə yerli əhalinin böyük cəsarət nümayiş etdirdiyini də vurğuladı: “Düşməndən qorxmadan burada öz torpağınızda yaşayın. Biz öz torpağımızda yaşayırıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, heç vaxt torpaq iddiasında olmamışıq. Ancaq imkan verə bilmərik ki, bizim torpaqlarımız işğal altında qalsın”.

Dünya təzadlardan əziyyət çəkir, zaman isə bəşəriyyətin xeyrinə işləmək iqtidarında deyil. Münaqişələr, qarşıdurmalar, zəncir kimi sıralanıb gedən terror aktları günümüzün reallığıdır. Dinlərin qarşıdurması, supergüclərin maraqlarının toqquşması, dünyanı nüfuz dairələrinə bölmək ambisiyaları qanlı çaxnaşmalara səbəb olur. Zaman sərtləşdikcə ölüm və faciələr adiləşir. Artıq minlərlə dinc əhalinin, qoca, qadın və uşaqların ölümü hətta adi statistik rəqəm kimi belə, ictimai şüura təsir etmək gücünə qadir deyil. Dünyanı ağuşuna alan milyonların miqrasiya dalğaları dərk olunması mümkün olmayan biganəlik və soyuqqanlılıqla qarşılanır. Əksər dövlətlər bu faciələrin miqyası qarşısında acizdirlər, heç nəyi dəyişmək iqtidarında deyillər.

Azərbaycan bu sırada da xüsusi fəallığı ilə seçilir. Azərbaycan Prezidenti qeyd edir ki, biz indi güclü mövqedəyik: “Beynəlxalq hüququn bütün norma və prinsipləri bizim mövqeyimizi dəstəkləyir. Artıq bütün dünya bilir ki, bizim torpaqlarımız işğal altındadır. Əgər müstəqilliyimizin ilk illərində erməni lobbisi və satılmış ermənipərəst dünya siyasətçiləri tərəfindən münaqişə ilə bağlı təhrif olunmuş fikir var idisə, bu artıq yoxdur. Artıq hamı bilir, sənədlər var, sübutlar var. Biz siyasidiplomatik sahələrdə böyük aparmışıq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandırmışıq. İndi hamı bilir ki, Azərbaycan torpaqları işğal edilib. Artıq bu məsələ ilə məşğul olan vasitəçilər də deyirlər ki, bu vəziyyət dözülməzdir. Biz bunu 20 ildən çoxdur ki, deyirik. Vəziyyət dəyişib. Təmas xətti artıq əvvəlki təmas xətti deyil”.

Eyni zamanda işğalçı Ermənistanda “qalib”lərin hay-küylü, pafoslu təbliğatı çat verir. Artıq erməni təbliğat maşınının qələbə raportları heç kimdə eyforiya hissi doğurmur. Ermənilər iqtidardan soruşurlar ki, nə üçün Qarabağ uğrunda döyüşməliyik, nə üçün Qarabağdan İrəvana göndərilən əsgər tabutlarının ardı-arası kəsilmir və bütün bunların fonunda ümumiyyətlə Qarabağ ermənilərə lazımdırmı? Bu sualların qarşısında aciz qalan erməni təbliğat maşını boğazını yırtaraq cəbhədə mifik üstünlüklərindən danışır. Qarabağı tanıtmağa cəhd etmək üçün Avropada döydüyü, qarşısında sızlamadığı qapı qalmayıb. Tərəfkeşləri çox olsa da, cəhdləri baş tutmur.

Dünya ümumbəşəri dəyərlərin, sülhün və qarşılıqlı inamın qorunması üçün yeni modellərin axtarışında olduğunu bəyan edir. Müzakirələr, təkliflər və təşəbbüslər nə qədər çox olsa da, əfsus ki, nəticələr bir o qədər zəif və təsirsizdir. Qarşıdurmalar, sərtliklər daha qabarıqdır. Lakin görülən tədbirlər artıq qaranlığa tuşlanan daş təsirini bağışlamır. Ermənistanın təcavüzkarlığı birmənalı şəkildə etiraf edildikcə işğalçı faşist rejimi ümumerməni bədbinliyinin girdabına yıxılır. Qarabağda ölən ermənilərə vəd olunan qan pulları verilmir, işğalçı faşistlər əvvəlki əlil müavinətlərini ala bilmir, narazılıqlar iqtidarla müxalifət və xalq arasında uçurumları dərinləşdirir. Maraqlar qabardıqca, mövqelərin barışmazlığı və hamının ayrı-ayrılıqda dalana dirəndiyi müşahidə olunur.

Azərbaycanda isə iqtidarla xalq arasında münasibətlər kamillik zirvəsinə ucalıb. Ali Baş Komandan ən çətin anda cəsur sərkərdə kimi səngərə üz tutur, onu generallarla birlikdə xanımı müşayiət edir. Bu, sıradan bir fakt deyil, xalqın kökündən qaynaqlanan reallıqdır.

Milli Qəhrəman Şirin Mirzəyev adına könüllülər taborunun keçmiş döyüşçüsü Taleh Əliyarov səngərlərdə döyüşüb, müharibənin acı-ağrısının, məhrumiyyətlərinin nə olduğunu yaxşı bilir. ÖzüPrezidentin baş çəkdiyi təmas xəttindəki Mahrızlı kəndindəndir:

- Aprel ayında erməni işğalçılarının artilleriya hücumları yüzlərlə evin dağılmasına səbəb olub, ölənlər, yaralananlar var. Qayınımın “Qrad” mərmisi düşən evinin bir qismi tamam dağılıb. Mərmi lap yaxında partladığından ağır kontuziya alıb, özündə deyil, sankiQrad” atəşinin altındadır. Müalicə də ağır gedir. Amma Prezidenti kəndimizdə, sonra yaralıların yanında görəndə qəfildən dəyişdi, kövrəldi, dedi ki, kaş mən də Bərdədə müalicə olunardım, Prezidenti görərdim. Əgər gəlibsə, əl tutacaq, bizi ümidsiz qoymayacaq. Prezidentin təmas xəttinə gəlişi orada yaşayanların hər birinə lazımdır. Əgər Ali Baş Komandan döyüş xəttinə, cəbhəyə gəlirsə, deməli, buna onun özüehtiyac duyur. Bu addım xalq üçün nə qədər vacibdirsə, Prezident üçüno qədər böyük məna kəsb edir. Hamımız sevinc hissi keçiririk, qürur duyuruq, alqışlayırıq. Dövlət başçısı xalqının mətinliyini, mərdliyini, xalq da Ali Baş Komandanın cəsarətini görür. Bu birlik, vəhdət yaradan ən güclü amildir. Və Azərbaycan Prezidenti İlham Əliyevin dediyi “Mən gəlmişəm ki, bu ağır günlərdə sizinlə bərabər olum, sizə öz dəstəyimi, hörmətimi, məhəbbətimi ifadə edimfikrini də hər dövlət başçısı deyə bilməz. Bunu demək üçün gərək ürəyin xalqın mənəviyyatına bağlı olsun. Keçmiş döyüşçü kimi onu deyə bilərəm ki, məhz bu bizi qələbəyə aparan ən güclü amillərdən biridir.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2016.- 4 may.- S. 4.