Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

 

Oktyabrın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunduğu, bu münasibətlə keçirilmiş rəsmi qəbulda Prezident İlham Əliyevin nitqində Azərbaycanın müstəqillik illərindəki inkişaf yolunu dolğun ətraflı təhlil etdiyi vurğulanıb müstəqilliyimizin qorunub möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilib. Həmçinin dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın hərtərəfli dinamik tərəqqisindən, hüquqi dövlət quruculuğu prosesində, xüsusilə ədliyyə məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatlardan bəhs olunub.

Kollegiyada təməli Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinin uğurla davam etdirilməsi diqqətə çatdırılaraq bildirilib ki, ötən dövrdə Azərbaycan Prezidentinin 61 əfv aktı ilə 6 min 500-ə yaxın məhkum müxtəlif cəzalardan azad olunub, qəbul edilmiş 11 amnistiya qərarı isə 118 minə qədər şəxsə tətbiq olunub ki, onlardan 30 minədək məhkum ailəsinə, cəmiyyətə qovuşub.

Qeyd olunub ki, Ulu Öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Fondun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə cari il 28 May - Respublika Günü münasibətilə qəbul edilmiş sayca 4-cü amnistiya qərarı ilə 11 minə yaxın şəxs müxtəlif cəzalardan, o cümlədən 3535 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub. 15 İyun - Milli Qurtuluş Günündə icrasına başlanılmış bu humanist aktın müəyyənləşdirilmiş vaxtda dürüst icrası təmin edilib.

İclasda Azərbaycan PrezidentininXarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurundabir pəncərəprinsipinin tətbiqi haqqında" 2016-cı il 21 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılmasında, qrantların verilməsi prosedurunun asanlaşdırılmasında bu sahədə şəffaflığın təmin olunmasında qeyd olunan Fərmanın müstəsna əhəmiyyəti vurğulanaraq bildirilib ki, gələn il yanvarın 1-dən xarici donorlar tərəfindən qrantların verilməsi prosedurundabir pəncərəprinsipinin tətbiqinə başlanılacaq bu prosedurda qeyri-kommersiya qurumlarına fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi əlaqələndirici qurum kimi müəyyən olunub.

Bununla əlaqədar Azərbaycan Prezidentinin Fərmanının icrası, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı ayrılan maliyyə vəsaitlərinin qeydiyyatı işinin dəqiq dürüst təşkili, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi maarifləndirmə tədbirlərinin gücləndirilməsi ilə bağlı digər konkret tədbirlər müəyyən olunub.

Məlumat verilib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına daim xüsusi önəm verilir, bu məqsədlə nazirlik tərəfindən qeyri-hökumət təşkilatları üçünFərdi elektron pəncərəelektron məlumat sistemi yaradılaraq aparılır QHT-lər bu sistemdən səmərəli istifadə edirlər. Həmçinin dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4300-ü, KİV-lərin sayı isə 5100-ü ötüb.

Kollegiyada, həmçinin ədliyyə orqanlarında kadr işinin, o cümlədən gənclər könüllülər ilə fəaliyyətin təkmilləşdirilməsi üzrə görülən tədbirlər müzakirə edilib.

Qeyd olunub ki, son 10 ildə 5500-ə yaxın hazırlıqlı, müasir texnologiyalara bələd mənəvi cəhətdən saf mütəxəssis işə qəbul olunub. Bu zaman dövlət gənclər siyasətinə müstəsna yer verilib bunun nəticəsidir ki, hazırda ədliyyə qurumlarında çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir.

Həmçinin könüllülər institutunun təşviqinə xüsusi önəm verilərək gənc könüllülərin ədliyyə orqanlarına cəlb olunduğu, bu zaman Azərbaycan brendi olan 12 milyondan çox insanın faydalandığı, o cümlədən əməliyyatların təxminən 40 faizinin aparılmasında payı olan ədliyyənin müxtəlif xidmətlər göstərdiyi “ASAN xidmət”in təcrübəsindən yararlanıldığı diqqətə çatdırılıb. Ötən dövr ərzində müvafiq vərdişlərə malik könüllü kimi fəaliyyət göstərmiş 50-yə yaxın könüllünün işlə təmin edildiyi vurğulanıb.

Bildirilib ki, ölkəmizdə bu yeni institutun inkişafı üzrə məqsədyönlü addımlar atılır, dövlət başçısının təşəbbüsü iləKönüllü fəaliyyət haqqındaQanunun, habelə könüllülərin həvəsləndirilməsi ilə bağlı mühüm qərarların qəbul olunması, ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı bu sahəyə dövlət qayğısının bariz təzahürü olub.

Bununla əlaqədar iclasda könüllülərlə işin təşviqi üzrə əlavə tədbirlərin görülməsinin vacibliyi vurğulanaraq, onların ədliyyə fəaliyyətinin müxtəlif istiqamətlərinə daha geniş cəlb edilməsi, könüllülərin zəruri bilik bacarıqlar əldə etmələri üçün Ədliyyə Akademiyasında təlimlərin təşkili s. məsələlərlə bağlı tapşırıqlar verilib.

Kollegiyada bir çox qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 

Azərbaycan.- 2016.- 1 noyabr.- S. 2.