BTC-nin son dayanacağı - Ceyhan terminalı

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin yolu Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalından başlanır. Kəmərin son dayanacağı isə Türkiyədə, İsgəndərun körfəzindəki Ceyhan dəniz terminalıdır.

BTC Səngəçaldan Ceyhanadək 1768 kilometrlik məsafə qət edir. Marşrut boyu üç ölkənin ərazisindən - Azərbaycandan, Gürcüstandan Türkiyədən keçir. 

BTC-nin daşıdığı Azərbaycan neftinin dünya bazarlarına çıxarılmazdan əvvəl toplandığı son məntəqə məhz Ceyhan terminalıdır. Burada neft hərəsinin tutumu bir milyon barel olan 7 böyük saxlama çəninə daxil olur.

Terminal ən yeni texnologiyalarla təchiz edilmiş obyektdir. O, eyni zamanda regionda enerjinin dəyişmə dinamikası təchizatın təhlükəsizliyi baxımından mühüm rol oynayır. Belə ki, terminaldakı əməliyyatlar BTC-nin fəaliyyəti bir-biri ilə sıx bağlıdır. Başqa sözlə, əgər terminalda dayanarsa, BTC-nin fəaliyyəti sual altında olar. BTC-nin gündəlik ötürücülük qabiliyyətinin 1,2 milyon barel olduğunu nəzərə alsaq, onda kəmərin fəaliyyətində  ümumiyyətlə, qlobal neft ixracında bu terminalın əhəmiyyəti daha aydın görünər.

Ceyhan terminalında uzunluğu iki kilometr olan yanalma körpüsü inşa edilib ki, neft tankerlərə burada yüklənir. Körpüdə eyni vaxtda iki tanker yüklənə bilər. Tankerlərə yüklənən neftin həcmi 600 min bareldən 2 milyon barelədək dəyişir. Yanalma körpüsünün qurtaracağında suyun dərinliyinin 33 metr olması buraya ən iritonnajlı tankerlərin yan almasına imkan verir. Bu tankerlər 2 milyon barel neft daşıya bilir onların uzunluğu 250 metrdən artıqdır.

Ceyhan terminalı dünyada neftin ən sürətlə yükləndiyi obyektlərdən biridir. Burada nefti saatda 9600 kubmetr sürətlə yükləmək olar. Ona görə tankerlərin çoxu nəzərdə tutulan vaxtdan tez yüklənib yola salınır.

Ceyhan terminalında ekologiyaya xüsusi diqqət yetirilir. Belə ki, burada dənizin gəmilərdən çirklənməsinin  qarşısının alınmasına dair beynəlxalq konvensiya  -  MARPOL normativlərinə ciddi riayət edilir. Bu o deməkdir ki, terminal gəmilərdən atılan tullantıların təmizlənməsinə dair beynəlxalq standartlara cavab verir. Terminalın MARPOL tərəfindən icazə verilən tutumu o qədər genişdir ki, İsgəndərun körfəzinə daxil olan bütün gəmilərin tullantılarının öhdəsindən gələ bilər.

 Bütün bunlardan əlavə, Ceyhan terminalını BTC-nin 1078 kilometrlik Türkiyə hissəsininsinir mərkəziadlandırırlar. Çünki terminal müasir yüksək texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinə malikdir. Buradan kəmərin Türkiyə ərazisindəki hissəsinin bütün əməliyyatları nəzarətdə saxlanılır idarə olunur.

Ceyhan terminalına BTC-nin tərəfdaşları adından fəaliyyət göstərən BİL (Botaş International Limited) şirkəti əməliyyatçılıq edir.

Xatırladaq ki, Ceyhan terminalından ilk tanker - “British Hawthorne” 2006-cı il iyunun 4-də yola salınıb. Həmin vaxtdan keçən 10 ildən artıq müddət ərzində buradan dünya bazarlarına 3300-dən artıq tanker göndərilib.

Bu ərazi Aralıq dənizi regionunun gözəl guşələrindəndir. Bu gözəllik təkcə Aralıq dənizinin maviliyi ilə deyil, həm yaxınlıqda çoxlu yaşıllığın olması ilə bağlıdır. Terminalın yaxınlığındakı meşəlik portağal bağları göz oxşayır. Hərdənbir neftsaxlama çənlərinin ətrafında maralların görünməsi maraqlıdır.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 1 noyabr.- S. 6.