Milli Məclisdə Türkmənistan parlamentinin nümayəndə heyəti ilə bir sıra görüşlər keçirilib

 

Noyabrın 1-də Azərbaycanda səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Türkmənistan nümayəndə heyəti Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ilə görüşüb.

Vitse-spiker ölkələrimiz arasında dərin dostluq əlaqələrinin mövcud olduğunu söyləyib. O, illər öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkmənistanın o vaxtkı rəhbərliyi arasında keçirilən görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, bu günbu ənənə dövlət rəsmiləri tərəfindən davam etdirilir. Təqdirəlayiq haldır ki, ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər.

Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova bildirib ki, nümayəndə heyətinin bu səfəri BMT-nin layihəsi çərçivəsində həyata keçirilirtorpaq islahatları ilə bağlıdır. “Biz torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və ondan bəhrələnmək niyyətindəyik”, - deyə o əlavə edib.

Türkmənistan parlamentinin vitse-spikeri ölkəsinin qanunvericilik orqanı barədə məlumat verib. O, həmçinin ölkəsi üçün önəmli olan Türkmənistanın neytrallığının 20 illiyinə həsr olunmuş tədbirlər haqqında danışıb.

Valeh Ələsgərov deyib ki, hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi zamanında ölkəmizdə torpaq islahatlarına başlanılıb. Bu yaxınlardaKooperasiya haqqındaqanun qəbul edilib. Ölkəmizdə fermer təsərrüfatları ilə yanaşı, böyük aqroholdinqlər yaradılır. Parlament sədrinin müavini iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın daha aktiv fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Milli Məclis sədrinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi onun həlli ilə bağlı görülən işlər barədə məlumat verib. O, ölkəmizin problemin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həllinə tərəfdar olduğunu vurğulayıb bu məsələdə Türkmənistanın dəstəyinə inamını ifadə edib.

x x x

Həmin gün Milli Məclisin ailə, qadın uşaq məsələləri komitəsinin üzvləri Türkmənistan nümayəndə heyəti ilə görüşüblər.

Sədr Aqiyə Naxçıvanlı bildirib ki, rəhbərlik etdiyi komitənin əsas fəaliyyət istiqaməti ailə, qadın uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericilik bazasının formalaşdırılması təkmilləşdirilməsidir. Bu sahəyə dövlət tərəfindən hər zaman böyük diqqət qayğı göstərilib. Parlamentdə məişət zorakılığına qarşı, erkən nikahlarla bağlı məsələlərin həlli üçün qanunlar təkmilləşdirilir, maarifləndirici proqramlar həyata keçirilir. Ölkəmizdə gender bərabərliyi mövcuddur qadınlarımız müxtəlif dövlət orqanlarında, təsərrüfat sahələrində fəal təmsil olunurlar.

Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova səfərin məqsədi barədə məlumat verib. O, ölkə parlamentində qadınların geniş təmsil olunduğunu söyləyib.

x x x

Sonra parlamentin aqrar siyasət komitəsi üzvlərinin Türkmənistan nümayəndə heyəti ilə görüşü olub.

Komitə sədri Eldar İbrahimov Milli Məclisin strukturu, tərkibi, fəaliyyəti, habelə qanunların hazırlanması qəbulu barədə qonaqlara məlumat verib. Diqqətə çatdırılıb ki, dünyanın müxtəlif ölkələri, o cümlədən Türkmənistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ölkələrimiz arasında münasibətlər həmişə dostluq qarşılıqlı anlaşma şəraitində inkişaf edib.

Eldar İbrahimov ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatlar barədə söhbət açıb, bu istiqamətdə ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Qonaqlara kənd təsərrüfatının müxtəlif sahələrinə aid statistik məlumatlar verilib.

Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova bildirib ki, Azərbaycanın aqrar sahədəki təcrübəsi Türkmənistan üçün çox maraqlıdır. O deyib ki, ölkəsində kənd təsərrüfatının əsas istiqamətləri pambıqçılıq toxumçuluqdur. Bununla belə, meyvə istehsalı, heyvandarlıq digər sahələr sürətlə inkişaf edir.

Söhbət zamanı tərəflər parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 2 noyabr.- S. 4.