Azərbaycanlı alimin Moskvada kitabı çap edilib

 

Rusiya Federasiyası Mədəniyyət Fondununİnsannəşriyyatında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlının iki hissədən ibarətAzərbaycan Respublikasının xarici siyasəti (1991-2003)” kitabı rus dilində çap edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin qərarı iləAzərbaycan Respublikasının diplomatiya tarixiseriyasından hazırlanan bu əsər 1991-2003-cü illər xarici siyasət tariximizi əhatə edir. Əsərdə Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya digər ölkələrin, ATƏT-in arxivlərinin, Vyanada BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kitabxanalarının materialları əsasında diplomatiyamızın keçdiyi yol tədqiq edilir.

Əsərin birinci hissəsində dağılma ərəfəsində olan SSRİ-nin daxili ictimai-siyasi beynəlxalq vəziyyəti, ölkəmizin dövlət müstəqilliyinin bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyası qarşısında duran vəzifələr, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində diplomatiyamızın mövqeyi qonşu ölkələrlə münasibətlər araşdırılır. Nəşrin ikinci hissəsində isə Azərbaycanın Avropa, Asiya, Afrika ölkələri, eləcə ABŞ ilə münasibətləri, beynəlxalq təhlükəsizlik əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətdə iqtisadiyyat amilinin rolu digər məsələlər tədqiq edilir. Diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan əsər Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dəyərli töhfədir.

Qeyd edək ki, əvvəlcə Bakıda Azərbaycan dilində nəşr edilən kitabın baş redaktoru xarici işlər naziri Elmar Məmmədyarov, redaksiya şurasının üzvləri isə nazir müavinləri Hafiz Paşayev, Araz Əzimov, Nadir Hüseynov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, nazirliyin əməkdaşları Cavanşir Məmmədov Cavanşir Vəkilovdur.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 2 noyabr.- S. 4.