Qarşılıqlı maraqlar TAP-ın çəkilişinin uğurunu təmin edir

 

“XXI əsrin layihəsi” adlandırılan 3500 kilometrlik “Cənub qaz dəhlizi” boyunca tikinti işləri uğurla irəliləyir. Belə ki, Azərbaycanın və Gürcüstanın ərazisində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK), Türkiyədə Transanadolu Qaz Boru Kəmərinin (TANAP) və dəhlizin qalan hissəsini təşkil edən, qazın Avropaya daşınması üçün nəzərdə tutulan Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi davam edir.

Bu günlərdə Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri TAP-ın bu ölkədən keçən hissəsində də tikinti işlərinin uğurla aparıldığı barədə məlumat verib. İndiyədək kəmərin Albaniyadakı marşrutunun 22 kilometrlik hissəsində borular xətt boyu düzülübümumi uzunluğu 14 kilometrə qədər bir-birinə qaynaq edilib.

Xatırladaq ki, TAP “Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Kəmər biri Yunanıstanda, digəri isə Albaniyada yerləşən iki kompressor stansiyasına malikdir. TAP-ın ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr təşkil edəcək. Əlavə qaz ehtiyatlarının nəql ediləcəyi halda kəmərin ötürücülük gücünü ildə 20 milyard kubmetrədək artırmaq imkanı olacaq.

TAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində TANAP-la birləşəcək. Buradan TAP-ın Yunanıstan və Albaniya ərazisi ilə keçən yolu başlanacaq. Beləliklə, şərqdən qərbə istiqamət götürən kəmər Adriatik dənizinin sahilinə çatacaq. Sonra dənizin dibi ilə uzanaraq İtaliyanın Puqlia bölgəsində quruya çıxacaq. İtaliya torpağında TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi şəbəkəyə qoşulacaq.

TAP boru xəttinin ümumi uzunluğu təxminən 870 kilometrdir. Onun marşrutunun 550 kilometri Yunanıstandan, 210 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçir. Qalan bir neçə hissə isə İtaliyada quru ərazidə yerləşir. Layihənin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə təbii qazın ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan interkonnektoruİon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

TAP-ın diametri 48 düym təşkil edir. Suyun altından keçən boruların diametri isə buna nisbətən bir qədər dar - 36 düymdür. Xəttin çəkilişini tam başa çatdırmaq üçün 53 mindən çox boru hissəsindən istifadə ediləcək. Bunun da 32 mini Yunanıstan, 12 mini Albaniya, 8 min 750-si Adriatik dənizi, 660-ı isə İtaliya hissələrinin payına düşəcək.

Kəmərin çəkilişinə sərf olunan boruların ümumi çəkisinin 526 min ton olması da görülən işlərin həcminin böyüklüyündən xəbər verir. Albaniyada 126 min ton, Yunanıstanda 323 min ton, sualtı hissədə 72 min ton, İtaliyada isə 5 min ton borudan istifadə olunacaq.

TAP layihəsi 6 dünya şöhrətli neft-qaz şirkətinin səhmdarlığı ilə ərsəyə gəlir. SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) layihədə 20 faizlik payla iştirak edir. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olacağı gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri isə 5 milyard dollar təşkil edir.

Qeyd edək ki, TAP-ın təməli bu ilin may ayında Yunanıstanın Saloniki şəhərində qoyulub. Yunanıstanın, ABŞ-ın, Avropa Komissiyasının, Albaniyanın, İtaliyanın, Türkiyənin, Bolqarıstanın yüksək vəzifəli şəxslərinin, Azərbaycanın nümayəndə heyətinin, konsorsiuma daxil olan şirkətlərin rəhbərlərinin iştirak etdiyi təməlqoyma mərasimində TAP-ın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı bir daha vurğulanıb.

Prezident İlham Əliyev TAP-ın tikintisinin layihədə iştirak edən bütün tərəflərin ümumi işi olduğunu qeyd edərək demişdir: “Cənub qaz dəhliziartıq reallıqdır icra edilir. Əminəm ki, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi işləri, TANAP layihəsinin icrası vaxtında yerinə yetiriləcək. Beləliklə, Azərbaycan “Şahdəniz-2”dən qazı həm Gürcüstana, həm Türkiyəyə nəql edə biləcək. Bununla bərabər, ümid edirəm ki, TAP layihəsinin icrasında da heç bir problem yaşanmayacaq. Hesab edirəm ki, burada bütün tərəflər böyük məsuliyyət göstərməlidirlər. Çünki bu, bizim ümumi işimizdir”.

Avropanın enerji xəritəsini dəyişdirəcəkCənub qaz dəhlizi”nin reallaşmasında 2015-ci ilin 2016-cı ilin əvvəllərində layihənin Məşvərət Şurasının Bakıda keçirilən birinci ikinci toplantılarının mühüm əhəmiyyəti olub. Məşvərət Şurasının iclaslarında TAP-ın tikintisinə aid məsələlər müzakirə edilib. Bu il fevral ayının sonunda keçirilən ikinci toplantıda TAP-ın icraçı direktoru İn Bradşav mühüm müzakirələr üçün Bakıda yaradılmış imkanlara görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. O, TAP-ın 2016-cı ildə tikinti fazasına daxil olacağını ilk qazın Avropaya 2020-ci ilin əvvəlində çatdırılacağını vurğulayaraq demişdir:

- Artıq qeyd olunduğu kimi, “Cənub qaz dəhliziAvropa enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Lakin bu layihə yalnız TAP kəmərinin ərazisindən keçən ölkələr, Avropa İttifaqı, bizim Trans-Atlantik Azərbaycandan olan tərəfdaşların dəstəyi ilə həyata keçirilə bilər. Biz bütün tərəfdaşlara dəstəyə görə təşəkkürümüzü bildirir gələcəkdə onlardan güclü dəstək gözləyirik.

TAP-ın getdikcə beynəlxalq aləmin daha böyük dəstəyini qazanması təqdirəlayiq haldır. Başqa sözlə, Xəzərin Azərbaycan sektorundan çıxarılacaq qazın Avropa bazarlarına vaxtında çatdırılmasında istehsalçı, tranzit istehlakçı ölkələrin qarşılıqlı iqtisadi maraqlarının təmin edilməsi böyük əhəmiyyət daşıyır.

Bütün dəhliz boyu görülən işlərin, o cümlədən TAP-ın tikintisinin rəvan getməsi isə qarşılıqlı maraqların olduğunu bir daha təsdiqləyir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 2 noyabr.- S. 8.