Tarixi əlaqələrdən strateji müttəfiqliyədək

 

Bərabərhüquqlu prinsiplər üzərində qurulan Azərbaycan-Rusiya münasibətləri zəngin və çoxşaxəlidir

 

25 il əvvəl dövlət müstəqilliyini bərpa edən Azərbaycanın Rusiya ilə diplomatik münasibətləri 1992-ci ilin aprelində qurulsa da, ilkin dövrlərdə aradakı soyuqluq münasibətlərin normal məcrada inkişafını əngəlləmişdi. Ulu öndər Heydər Əliyevin ölkə Prezidenti seçilməsindən sonra xarici siyasət kursunda etdiyi kardinal dəyişikliklərdən biribu cür gərgin münasibətlərə son qoyulması, milli maraqlardan çıxış etməklə əlaqələrin yaxşılaşdırılması idi.

 

Yüksək siyasi anlaşma

 

Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olaraq Rusiya ilə münasibətlərdə mövcud olan bütün problemlər aradan qaldırıldı və hər iki tərəf üçün qarşılıqlı anlaşmaya əsaslanan faydalı tərəfdaşlığın əsası qoyuldu. Tədricən iki dövlət arasında bərabərhüquqlu prinsiplər üzərində qurulan əlaqələr möhkəmləndirildi. Münasibətlərin normallaşması tezliklə özünü bir sıra sahələrdə, o cümlədən Xəzərin statusu məsələsində büruzə verdi. Əvvəl bununla bağlı fərqli mövqe sərgiləyən Rusiya münasibətlərə gətirilən yeni nəfəsdən sonra Xəzərin statusu məsələsində Azərbaycanla eyni mövqedən çıxış etməyə başladı. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin on illiyi ilə əlaqədar Bakıda Aleksandr Puşkinin, Sankt-Peterburqda isə Nizami Gəncəvinin heykəllərinin qoyulması Heydər Əliyevin Rusiya siyasətinin uğurlarından xəbər verirdi.

Vladimir Putinin Rusiyanın Prezidenti seçilməsindən sonra iki dövlət arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsası qoyuldu. Vladimir Putinin Azərbaycana, Heydər Əliyevin Rusiyaya rəsmi səfərlər etməsi, iki ölkə arasında müxtəlif sahələrə dair sənədlərin imzalanması yüksələn xətlə inkişaf edən münasibətlərin daha da dərinləşdirilməsinə təkan verdi, dövlətlərarası əlaqələrdə yeni səhifələr açdı. Hər iki ölkənin qarşılıqlı əlaqələrə böyük maraq göstərməsi nəinki siyasi, o cümlədən iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlığın dönməzliyinin təməlini qoydu.

Ulu öndər Heydər Əliyevlə Vladimir Putin arasındakı bərqərar olmuş şəxsi dostluq dövlətlərimizin səmərəli münasibətlərinin daha da güclənməsinə böyük təkan vermişdi. Son illər isə iqtisadigeostrateji üstünlüklərindən maksimum yararlanmaqla daha yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın Rusiya ilə münasibətlərində yeni keyfiyyət dəyişiklikləri baş verib. Xarici siyasətdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşmilli maraqlara söykənən ənənələri böyük uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev özünün diplomatik səyləri nəticəsində Azərbaycanın dünyanın geosiyasi prinsiplərinin formalaşmasına təsir göstərmək imkanları olan Rusiya ilə münasibətləri ölkəmizin milli maraqlarına uyğun daha da möhkəmlənib və genişlənib. Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətləri ilə bağlı deyib: “Bizim yaxsı siyasi əlaqələrimiz, ikitərəfli məsələlərdə, regional əməkdaşlıq məsələlərində tam qarşılıqlı anlaşmamız var, bir çox beynəlxalq problemlərdə mövqelərimiz uyğun gəlir. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır və biz bu strateji tərəfdaşlığa sadiqik”.

 

Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biri

 

Bu illərdə Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərə təsirsiz ötüşməyib. Bu səfərlərin müsbət nəticələri özünü təkcə siyasi sferada göstərməyib. Münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Yaradılmış möhkəm müqavilə-hüquqi baza ticarət-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir. Ümumiyyətlə, iki ölkə arasında 50-dən çoxu iqtisadi sahədə olmaqla 170-dən çox sənəd imzalanıb.

Hökumətlərarası komissiyanın intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək dinamizmlə inkişaf edir. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, Azərbaycan və Rusiya arasında son 3 ildə 30 biznes forumu keçirilib. Bütün bunların nəticəsidir ki, Azərbaycan ərazisində Rusiya kapitalı ilə 600-dən çox müəssisə fəaliyyət göstərir. Bunların 400-ü birgə müəssisə formatındadır. Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox birbaşa investisiya yönəldib. Belə ki, Azərbaycanın “Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində 25 milyon dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib, “Azərsun Holdinq” şirkəti Krasnodar vilayətində 8 milyon dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 milyon dollar dəyərində çay fabriki tikib. “Karvan-L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” müəssisəsinin tikintisi və təchizatı, Dağıstan Respublikasında isə təqribən 1,5 milyon dollar dəyərində “Anjiİdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb. “Mətanət A” şirkəti Krasnodar vilayətində 33 milyon dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb. Noyabrın 2-də isə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Rusiyanın “R-Farm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 milyon dollar olan əczaçılıq zavodunun təməli qoyulacaq.

İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdaşlarındandır. Ölkələrimiz arasında azad ticarət rejimi mövcuddurbu, ticarət əlaqələrinin və adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır. Odur ki, Azərbaycanın ümumi ticarət dövriyyəsində 11,4 faiz payla ikinci yeri tutan, idxalında 17,9 faiz payla liderlik edən Rusiya ölkəmizin əsas xarici ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır. Azərbaycanın MDB üzvü olan dövlətlərlə ticarət dövriyyəsinin 50 faizdən çoxu Rusiyanın payına düşür. Dünyadakı qeyri-sabit iqtisadi şəraitə baxmayaraq, bu ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib.

 

Dostluğa xidmət edən humanitar əlaqələr

 

İki ölkə arasında humanitar, mədəniyyət, təhsil sahələrində əlaqələrin, demək olar ki, bütün aspektlərini tənzimləyən ikitərəfli saziş və müqavilələr imzalanıb. Mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramları, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokollar mövcuddur. Bütün bunlardan irəli gələrək ildən-ilə təhsil, elm, səhiyyə, mədəniyyət, idman sferalarında əməkdaşlıq indinin özündə də genişlənməkdədir.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında mədəni-humanitar əlaqələrin inkişafında Heydər Əliyev Fondu böyük töhfələr verir. Rusiyada Azərbaycanlı Gənclər Birliyi bu istiqamətdə uğurlu fəaliyyət göstərir. Fondun dəstəyi ilə Həştərxanda və Volqoqradda həyata keçirdiyi layihələr, o cümlədən Rusiyada Azərbaycanlı Gənclər Birliyinin tədbirləri iki ölkə arasındakı əlaqələrə böyük töhfələr verir.

Xatırladaq ki, 2008-ci ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Bakı Slavyan Universitetində azərbaycanlı gənclərin rus və digər slavyan dillərini öyrənməsi, 340 mindən çox şagirdin təhsil aldığı 320 məktəbdə isə rus dilində təhsil imkanı yaradılıb. Rusiyanın ali təhsil müəssisələrində 14 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.

Hələ 2005-ci ildə Rusiyada “Azərbaycan ilinin və 2006-cı ildə Azərbaycanda “Rusiya ilinin keçirilməsi isə iki ölkə arasında qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha göstərmiş oldu. Bu, ölkələrimiz arasında mədəni əlaqələri daha da sıxlaşdırmaqla bərabər, ikitərəfli tərəfdaşlığın daha da dərinləşməsinə yol açdı.

Dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələri əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Bu gün də cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindəndir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilib. Bu mənada Azərbaycanda rus icmasına da yüksək tolerant münasibət mövcuddur. Təsadüfi deyil ki, Cənubi Qafqaz rusları təşkilatlarının regional konfransı 2007-ci ilin aprelində Azərbaycanda keçirilmişdi. O zaman konfrans iştirakçılarını qəbul edən Prezident İlham Əliyev onlarla söhbətində bu tədbirin məhz Azərbaycanda keçirilməsinin Azərbaycan-Rusiya münasibətlərinə xidmət etdiyini, Cənubi Qafqazda ən böyük rus icmasının Azərbaycanda yaşamasını əlamətdar hal hesab etdiyini bildirmişdi. Azərbaycanda rus icmasına olan xoş münasibətdən Rusiya rəsmiləri dəfələrlə razılıqlarını ifadə ediblər.

İki ölkənin ən nümunəvi əməkdaşlıq formatlarından biri isə Bakı Beynəlxalq Humanitar Forumudur. Azərbaycan və Rusiya liderlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu özünəməxsus xalqlar dostluğu körpüsüdür. Ənənə halı alan bu forum tanınmış ictimai-siyasi xadimləri, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrini öz məkanında birləşdirir. Bakı Forumunun tribunalarında və onun kuluarlarında müxtəlif ölkələrin, regionların və nəsillərin nümayəndələri ünsiyyət saxlayır, diskussiya aparır və ümumi nəticələrə gəlirlər.

Ötən ay keçirilən V Bakı Beynəlxalq Humanitar Forumu bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Bir daha təsdiq olundu ki, bu forum regional və beynəlxalq ictimai həyatın mühüm hadisəsinə çevrilib. Çünki Azərbaycan və Rusiyanın təşəbbüsü olan bu humanitar forum dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir.

 

Regionlararası əməkdaşlıq formatı

 

Azərbaycan və Rusiya arasında əlaqələrin digər istiqamətini regionlararası əməkdaşlıq təşkil edir. Çünki regionlararası əlaqələrin genişləndirilməsi, habelə birgə müəssisələrin yaradılması Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafının perspektiv istiqamətlərindən biridir. Bu formatda əməkdaşlıq iki ölkə prezidentlərinin birgə təşəbbüsü ilə başlayıb və ticari-iqtisadi münasibətlərin inkişafında böyük hadisəyə çevrilib. 2010-cu ildən başlayaraq keçirilən və ənənə halını alan Azərbaycan-Rusiya Regionlararası Forumu bu istiqamətdə əlaqələrin inkişafına xidmət edən əməkdaşlıq formatlarından biridir.

Son illər Azərbaycanla Rusiya Federasiyasının 17 subyekti ilə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb, 4 subyekti ilə hökumətlərarası komissiya fəaliyyət göstərir. Ümumilikdə isə Azərbaycan Rusiyanın 78 subyekti ilə ticari-iqtisadi əməkdaşlıq edir. Regionlararası əməkdaşlıq çərçivəsində rəsmi şəxslər və adamları çoxsaylı qarşılıqlı səfərlər həyata keçirirlər. Son iki ildə Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Tatarıstan, Dağıstan respublikalarının, Sankt-Peterburq, Həştərxan və Vladimir vilayətlərinin nümayəndələri Azərbaycanda səfərdə olublar.

Hər il keçirilən və əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan Azərbaycan-Rusiya Regionlararası Forumu bu dəfə Bakıda təşkil olundu. Noyabrın 1-də keçirilən sayca VII forumun təşkilatçıları Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi idi. Forumda Azərbaycanın və Rusiyanın dövlət rəsmiləri, parlamenticra hakimiyyəti orqanlarının nümayəndələri, sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak edirdilər. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla ümumilikdə 600-ə yaxın iştirakçı qatılmışdı.

Prezident İlham Əliyev VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına məktubunda bu tədbirlərin strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verdiyini bildirib: “Əlamətdar haldır ki, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən bu forumlar ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verir, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaradır. Aktual məsələlərin geniş spektrini əhatə edən bu forumların iştirakçılarının nüfuzlu tərkibi və zəngin proqramları onlara yüksək marağın parlaq sübutudur. Bu da tamamilə qanunauyğundur, çünki həmin forumlar məkanında birbaşa dialoq aparılır, yeni işgüzar əlaqələr qurulur, Azərbaycan-Rusiya münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş konstruktiv təşəbbüslər və innovasiya layihələri yaranır”.

Məktubda bildirilir ki, bu görüşün tam konkret gündəliyi ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını cızmağa, turist axınlarının artırılması perspektivlərini müzakirə etməyə, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi aparmağa, ikitərəfli əlaqələrin mədəni-humanitar tərkib hissəsinin inkişaf dinamikası barədə söhbət etməyə imkan verəcək: “Hər iki ölkənin güclü iqtisadi potensiala və birgə sahəsində zəngin təcrübəyə malik olmasını nəzərə alaraq gələcəkdə səylərimizi daha sıx birləşdirmək və regionlarımız arasında əməkdaşlığı daha da fəallaşdırmaq zəruridir. Qlobal böhranın bütün dünya miqyasında ciddi dəyişikliklərə gətirib çıxardığı bugünkü mürəkkəb dövrdə bu, çox vacibdir”.

Ölkə başçısı ümidvar olduğunu bildirir ki, forum iştirakçıları iqtisadiyyatın və investisiyaların, mədəniyyətin və təhsilin müxtəlif məsələlərinə dair mövqeləri uzlaşdırmağa, qarşılıqlı fəaliyyətin prioritetlərini müəyyənləşdirməyə və onun daha təsirli formalarını işləyib hazırlamağa müvəffəq olacaqlar. Həmçinin məktubda qeyd olunur ki, forum maraqlı layihələr və məzmunlu diskussiyalarla yadda qalacaq, başlıcası isə ölkələrimizə real fayda verəcək.

 

Forumun nəticələri əlaqələrdə yeni üfüqlər açacaq

 

Bu gün Azərbaycan hakimiyyəti yeni iqtisadi kurs yürütməklə geniş islahatlar mərhələsinə start verib. Qlobal böhrandan əsaslı şəkildə sığortalanmağa təminat verən yeni iqtisadi strategiya həm də perspektiv inkişafın möhkəm təməlidir. Bu sahədə artıq ilkin nəticələr var və onları tam uğurlu saymaq mümkündür. Azərbaycanın son dövrlərdə də sosial-iqtisadi inkişafını davam etdirməsi, ölkəmizdə bütün infrastruktur layihələrinin icrasında problemlərin yaranmaması buna misaldır.

Azərbaycan-Rusiya Regionlararası Forumu kimi tədbirlər isə ölkəmizi daha yaxından tanıdır, xarici sərmayə qoyuluşunu və birgə əməkdaşlığı stimullaşdırır. Təsadüfi deyil ki, forumda Azərbaycan və Rusiya tərəfindən sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən adamları iştirak edib. İkitərəfli görüşlərdə adamları arasında əməkdaşlıq müzakirə edilib, yeni əlaqələr qurulub, bir sıra məsələlərə dair razılıqlar əldə olunub. Tədbir çərçivəsində dövlət və özəl sektorun təmsilçilərinin iştirakı ilə sənaye, aqrar, turizmhumanitar sahələrdə əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair “dəyirmi masalar da keçirilib.

Hər il keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumu yeni layihələrin və təşəbbüslərin müzakirəsi üçün öz əhəmiyyət və aktuallığını təsdiq edib. Bu baxımdan sonuncu forum Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin geniş spektrini əhatə edən işgüzar diskussiyalar, imzalanan mühüm sənədlər və adamlarının faydalı görüşləri, yeni təklif və təşəbbüslərlə əlamətdar olub. Bu isə ondan xəbər verir ki, forum xüsusən işgüzar əlaqələrin inkişafı üçün geniş imkanlar meydanıdır. Bu imkanı isə prezidentlər İlham Əliyev və Vladimir Putin yaradıblar. İki liderin möhkəm iradəsi və xalqların səmimi münasibətləri ticari-iqtisadi əməkdaşlığı genişləndirməklə həm də Azərbaycan-Rusiya strateji tərəfdaşlığına mühüm töhfə verir. Bu mənada VII Azərbaycan-Rusiya Regionlararası Forumunun nəticələri iki ölkə arasında əlaqələrin sürətlə inkişafına xidmət edəcək və əməkdaşlığın yeni üfüqlərini açacaq.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 3 noyabr.- S.1, 4.