Demokratik inkişaf modeli

 

Azərbaycan özlərini “demokratiyanın beşiyisayan ölkələr üçün nümunədir

 

Azərbaycan dövləti son 13 ildə demokratikləşmə prosesini, siyasihüquqi islahatları cəmiyyətin inkişaf ahənginə uyğun daha da dərinləşdirərək nəticədə qanunun aliliyini, insan hüquqlarının prioritetliyini bütün səviyyələrdə təmin edib. İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə nəinki respublikamızda, həmçinin beynəlxalq arenada da yüksək qiymətləndirilir. Respublikamız iqtisadi cəhətdən inkişaf etdikcə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları cəmiyyət həyatında getdikcə daha dolğun, real məzmun kəsb etməyə başlayır.

İqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratikiqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərti ilə real hesab edir. Prezident İlham Əliyevin son 13 ildə yürütdüyü iqtisadi, siyasihüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər üzrə müəyyən olunmuş, həmçinin həyata keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilmişdir. Proqramda respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmini istiqamətində konkret vəzifələrin icrası nəzərdə tutulmuşdur. Belə ki, sənəddə qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbulu, korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi əsas götürülmüşdür.

Müstəqil Azərbaycan həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar ilk növbədə demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.

İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər. Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. İnsan hüquq və azadlıqlarının qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin ifadəsi kimiİnsan hüquqlarının və əsas azadlıqlarının qorunması haqqında” Avropa Konvensiyasından və “Mülkisiyasi hüquqlar haqqında” Beynəlxalq Paktdan irəli gələn öhdəliklərin genişmiqyaslı implementasiyası təmin edilmişdir.

Azərbaycanın bütün sahələrdə davamlı inkişafı, habelə ictimai şüurdakı pozitiv dəyişikliklər konstitusiya islahatlarının da aktuallığını önə çıxarır. 2002-ci ilin 24 avqustunda və 2009-cu il martın 18-də bu zərurət nəzərə alınaraq Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. 24 avqust 2002-ci ildə Əsas Qanunun 24 maddəsinə ümumilikdə 38 əlavə və dəyişikliklər edilmişdir. Referendumla qəbul edilmiş dəyişikliklər cəmiyyətimizin inkişafından doğan və Konstitusiyamızın, qanunlarımızın, bütövlükdə hüquq sistemimizin təkmilləşdirilməsinə, demokratikləşmə proseslərinin dərinləşdirilməsinə, insan hüquqlarının daha səmərəli müdafiəsinə xidmət etmiş, Əsas Qanunun yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.

2009-cu il martın 18-də həyata keçirilən referendum zamanı isə ölkə Konstitusiyasının 29 maddəsinə 11 dəyişiklik və 39 əlavə edilmişdir.

Əsas Qanuna edilən bu əlavə və dəyişikliklər ölkəmizdə demokratiyanın sürətli inkişafından irəli gəlməklə respublikamızın mötəbər beynəlxalq təşkilatlara tamhüquqlu üzv kimi qəbul edilməsi və ölkəmizin bu qurumlar qarşısında götürdüyü öhdəliklərlə, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə bağlı olmuşdur.

Cari il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə ümumxalq referendumu da azad, demokratik və şəffaf şəraitdə yekunlaşdı. Əsas Qanunun 23 maddəsində dəyişikliyin, həmçinin 6 yeni maddənin əlavə edilməsi çox mütərəqqi addım oldu. Səsverənlərin yüksək fəallığı ilə müşayiət olunan bu seçkilər eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açaraq Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaq.

Konstitusiyanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edən əlavə və dəyişikliklərə ölkə vətəndaşları müsbət münasibət bildirdilər. Şübhəsiz, bu dəyişikliklər bir sıra reallıqlarla şərtlənir. İnkişaf etmiş dövlətlərin də təcrübəsi göstərir ki, Konstitusiya ali qanun kimi uzunmüddətli qüvvədə olması nəzərdə tutulan, məzmun sabitliyi ilə səciyyələnən əsas normativ hüquqi aktdır. Bununla belə, Konstitusiyanın ümumxalq referendumu ilə qəbul olunması və sabitliyi onun daimi dəyişməzliyi anlamına da gəlmir. Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin inkişafı, sosial, iqtisadisiyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin baş verməsi Əsas Qanuna müvafiq dəyişiklik və əlavələri zərurətə çevirir.

İnsan hüquq və azadlıqlarından sahibkarlıq fəaliyyətinədək, ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı sahələrə aid əlavə və dəyişikliklər ölkəmizdə inkişafın davamlığına təminat yaradacaq. Əsas Qanunda edilən dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevikeffektiv idarəetmə mexanizmi formalaşdırmaqdır.

Konstitusiya islahatının mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına yönəldiyi ilk baxışda qabarıq görünür. Əsas Qanunda 23 dəyişikliyin 16-sının, yəni dörddən-üçünün sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması deyilənlərə əyani misaldır. Prezident İlham Əliyev cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: “Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. İlk növbədə onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir. Yüzdən çox xarici müşahidəçi referendumu izləmişdir. Bir neçə beynəlxalq rəy sorğusu agentliyiexit-poll” keçirmişlər. “Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət daxil olmuşdur. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20, bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır.

Müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət vermişlər. Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər”.

Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Konstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, yol verilən həddini dəqiqləşdirir, bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir. Ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklər məhz ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsinə, qanuni mənafelərinin səmərəli təminatına xidmət edir. Konstitusiya islahatları həm də dövlətimizin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqləyir.

Azərbaycanın dünya siyasi arenasında öz layiqli yerini tutması, insan hüquq və azadlıqları sahəsində Qərbin yüzilliklər boyu keçdiyi yolu ən qısa zamanda adlayaraq böyük nailiyyətlər əldə etməsi bu siyasi kursun uğurlarından xəbər verir. Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 3 noyabr.- S. 1, 4.