Vladimir Çernov: Regionlararası Forum Rusiya-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynayır

 

Yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumu hər iki ölkənin münasibətlərinin inkişafında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov jurnalistlərə müsahibəsində deyib.

Vladimir Çernov aktual məsələlərlə bağlı müzakirələrin aparıldığı Forumda Azərbaycan-Rusiya əlaqələrinin genişləndirilməsi istiqamətində yeni təkliflərin səsləndirildiyini diqqətə çatdırıb.

Bizim bir-birimizi daha yaxından tanımağımız əməkdaşlıq üçün geniş imkanlar açır və ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənir”, – deyən Vladimir Çernov Forum çərçivəsində imzalanan sənədlərin əlaqələrin inkişafı baxımından önəm kəsb etdiyini vurğulayıb.

 

Azərbaycan.- 2016.- 2 noyabr.- S. 3.