Efiopiyanın “Kapital” qəzetində “Azərbaycan - müxtəliflik və tolerantlıq yurdu” adlı məqalə dərc edilib

 

Efiopiyanın böyük oxucu kütləsinə malik olanKapital” qəzetində “Azərbaycan - müxtəliflik və tolerantlıq yurdu” adlı məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, müasir dünyanın dini və məzhəb zəminində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda Azərbaycan milli həmrəyliyin qurulmasına nail olaraq dünyada tolerantlıq yurdu kimi tanınıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycanın dünyanın ən tolerantmultikultural ölkələrdən biri olduğu barədə ətraflı məlumat verilir. Ulu öndər Heydər Əliyevə istinadla Azərbaycan xalqının özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malik olduğu qeyd edilir. Oxucuların diqqətinə çatdırılır ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ilielan edib.

Daha sonra məqalədə Azərbaycanın dünyada tolerantlığı və mədəni müxtəlifliyi təbliğ edən bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar forumlarına, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etdiyi qeyd olunur. Bakıda Ümumdünya Şahmat Olimpiadası, I Avropa Oyunları, “Formula-1” Avropa Qran-prisi kimi mötəbər idman yarışlarının keçirildiyi vurğulanır.

Məqalədə Roma Papası Fransiskin ölkəmizə səfərindən bəhs edilir, Pontifikin Azərbaycanda müsəlman, yəhudi və xristian icmaları arasındakı səmimi münasibətləri böyük məmnuniyyətlə qeyd etdiyi bildirilir. Azərbaycandakı tolerantlığın digər ölkələr üçün nümunə olduğu bildirilən yazıda Roma Papasının ölkəmizdəki multikultural mühitlə əlaqədar Azərbaycanı təbrik etməsi xüsusi vurğulanır.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S.2.