Bakı Beynəlxalq Caz Festivalına yekun vurulub

 

Noyabrın 3-də “Sputnik Azərbaycanmətbuat mərkəzində KİV nümayəndələrinin Bakı Beynəlxalq Caz Festivalının direktoru Leyla Əfəndiyeva festival iştirakçıları ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, L.Əfəndiyeva budəfəki festivalın miqyasına görə əvvəlkiləri geridə qoyduğunu diqqətə çatdırıb. Bu möhtəşəm musiqi bayramında Linli Mart, Omar s. kimi məşhur cazmenlər, dünyanın 10-dan çox ölkəsindən çoxlu sayda duet, trio qrup iştirak edib. Festival caz musiqisinin təbliğinə gənc istedadların üzə çıxarılmasına yönəlib. Qeyd edək ki, Azərbaycan musiqiçiləri çox gözəl çıxış edərək, dinləyicilərin böyük rəğbətini qazanıblar. Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə təşkil edilən caz forumu çərçivəsində ustad dərsləri sərgilər keçirilib. Bu festival dünya musiqi ictimaiyyətinin nümayəndələri melomanlar üçün əsl bayrama çevrilib.

Sonra L.Əfəndiyeva festival iştirakçıları jurnalistlərin suallarına cavab veriblər.

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S.8.