İlham Əliyev Ermənistanın hərbi-siyasi təcridi prosesini uğurla yekunlaşdırır

 

Azərbaycanın Qarabağ cəbhəsində faktiki üstünlüyü erməni xalqı qarşısında iki seçim müəyyənləşdirib: ya sülh, ya Sarkisyan!

 

Gələn həftə Azərbaycanın Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayır. Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə keçiriləcək budöyüş məşqi” öz miqyasına, hərbi heyətinə və arsenalına görə çox möhtəşəm sayıla bilər. Belə ki, təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tankzirehli texnika, eləcə də raketartilleriya qoşunlarının 700-dək sistemi cəlb edilir.

 

Uğurlu hərbi islahatların real nailiyyət göstəriciləri

 

Bu qürur doğurucu kəmiyyət göstəricisinə artıq bütün dünyaya məlum olan keyfiyyət amillərini də (modern silahlanma, yüksək döyüş potensialı, aprel döyüşündən doğan böyük ruh yüksəkliyi və qələbə əldə etmə təcrübəsi) əlavə etsək, təlimləri həm də 7-8 rayon ərazisində aparılacaq hərbi əməliyyata hazırlıq prosesisaymaq olar. Nəzərə alaq ki, bu məqam - Qarabağ cəbhəsində döyüş heç zaman istisna olunmayıb, aprel ayında isə sınaqdan uğurla çıxıb!

Həmçinin Prezident İlham Əliyevin son dövrlərdəki çıxışlarında da hərbi ritorikanın artması daha aydın görünür. Sürətli silahlanma prosesi indi yeni mərhələyə qədəm qoyub. Ən müasirson nəsil silah-texnika ilə təminat Ordumuzun hərbi arsenalını dünyanın güclüləri səviyyəsinə qaldırıb.

Mühüm faktlardan biriodur ki, İlham Əliyev Azərbaycanın hərbi sistemini başdan-başa müsbətə doğru dəyişdirib, apardığı islahatlarla daha effektiv ordu formalaşdırıb. Əsgərin yatacağından yeməyinə, təlimindən silahına, səngərindən istirahətinə qədər hər şey ən müasir standartlar səviyyəsindədir. Silahlı Qüvvələrimizin şəxsi heyətinin “zərbə gücü” artıq 1-1,5 illik çağırışçılar hesabına təmin olunmur. Bu sahədə mütəxəssisə çevrilən, hərbi xidməti konkret yeri kimi qəbul edən professional əsgərlər, zabitlər, kəşfiyyatçılar, artilleriyaçılar, tankçılardan ibarət döyüş zümrəsi formalaşıb ki, onların da sayı on minlərlədir.

Bütün bu proseslər ardıcıl, intensiv səciyyə daşıyır və görülən işlərin nəticələri davamlı olaraq yoxlanılır. Birbaşa olaraq Ali Baş Komandanın nəzarəti ilə keçirilən hərbi təlimlər mütəmadi hal alıb. Artıq beynəlxalq hərbi ekspertlər də birmənalı bəyan edirlər ki, Ordumuz Cənubi Qafqazın ən güclü, hazırlıqlı silahlı qüvvəsinə çevrilib, istənilən döyüş tapşırığını icra etməyə qadirdir!

Ermənistanın danışıqlar prosesində illərdir nümayiş etdirdiyi destruktiv mövqeni son aylarda artıq tam qeyri-ciddi vəziyyətə gətirməsi təmas xəttindəki həssaslığı gündən-günə artırır. Hərbi status-kvonun dəyişməzliyi barədə 24 il hakim olan rəyin aprel korrektəsi hər kəsə sübut etdi ki, bunu təmin edən əsas şərt yalnız rəsmi Bakının mövqeyi olub. Yəni Azərbaycan istədiyi məqamda bu “dəyişməzliyi” elə dəyişər ki, Ermənistan ordusu öz sərhədlərinə qədər geri atıla bilər.

7 ay öncə Silahlı Qüvvələrimiz Ermənistanın cəbhə bölgəsindəki ərazi üstünlüyü barədə qənaətləri alt-üst edərək göstərdi ki, artıq Qarabağda bir üstünlük var: o da indi Azərbaycana məxsusdur! Rəsmi Bakının bu inkarolunmaz hərbi arqumentə diplomatik hücum sahəsində uğur faktları əlavə etməsi isə Ermənistanın məğlubiyyətlər silsiləsinin davamlılığını təmin edib.

 

S.Sarkisyan öz arxasınca Ermənistanı da məhvə doğru sürükləyir

 

Xatırladaq ki, ötən ilin dekabrında İsveçrənin Bern şəhərində prezidentlərin danışıqları nəticəsiz bitmiş, Ermənistan irəli sürülən bütün təkliflərə yox demişdi. Belə qeyri-müəyyən vəziyyətdə Prezident İlham Əliyev bu görüşlərin imitasiya xarakteri daşıdığını bəyan edərək onlara ümumiyyətlə ehtiyacın olmadığını bildirmişdi. Sonradan cəbhə xəttindəki məlum hadisələrin yaratdığı yeni hərbi-siyasi reallıq nəticəsində vasitəçi dövlətlər sülh müzakirələrinin bərpasını təklif etdilər. May-iyun aylarında VyanaSankt-Peterburqda keçirilən prezidentlərin görüşünü bu kontekstdə yeni mərhələ kimi səciyyələndirmək olar. Bu görüşlərin nəticələri sülh danışıqları prosesində ciddi dönüşün yarana biləcəyinə ilk vaxtlar ümid doğurdu.

Lakin zaman keçdikcə rəsmi Yerevan ənənəvi siyasətini - danışıqlardan yayınmaq və həll variantlarından üz döndərmək kursunu davam etdirdi. Aprel ayında Azərbaycan Ordusu cəbhə xəttində inamla irəliləyərkən Rusiya rəhbərliyinə yalvararaq onlardan İlham Əliyevə minnətçi düşmələrini istəyən S.Sarkisyan atəşin dayandırılması üçün həmsədrlərin təklifini qəbul edəcəyinə söz vermişdi. Ancaq görünən odur ki, erməni rəhbəri vəzifə hərisliyini hər şeydən öndə tutmaqla miskin səviyyəsini növbəti dəfə göstərir və verdiyi sözün ardından yenə də qaçır. Prezidentlərin avqust ayından etibarən planlaşdırılan görüşlərinin baş tutmamasının yeganə səbəbkarı da S.Sarkisyandır.

Danışıqlar prosesində əsas həll variantı məlumdur. Həmsədrlərin vasitəçi dövlətlərin rəhbərlərinin dəstəklədiyi təklifə görə Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayon dərhal azad olunmalı, erməni əhalisi üçün nəzarət altında olacaq humanitar dəhliz saxlanılmalı, keçmiş DQMV ərazisini əhatə edən bölgənin statusu müəyyənləşməlidir. Azərbaycan bu təkliflərlə tam razılaşmasa da, onları qəbul etdiyini bildirib Qarabağ bölgəsində yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat verərək onların Naxçıvan Muxtar Respublikası nümunəsində ən yüksək muxtariyyət statusunu tanıyacağını bəyan edib!

S.Sarkisyanın bu təkliflərlə əvvəl razılaşıb, sonra isə imtina etməsi Azərbaycan tərəfindən aramsız diplomatik hücumlar nəticəsində beynəlxalq miqyasda ciddi zərbələr alan Ermənistan üçün növbəti fiasko oldu. Artıq beynəlxalq birlik sülh danışıqları prosesində erməni rəhbərini tam qeyri-ciddi tərəf kimi tanıyır, onunla hansısa razılaşmanın əldə oluna biləcəyinə inanmır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda baş tutan sonuncu zirvə görüşündə öz hərbi müttəfiqləri tərəfindən Ermənistana göstərilən məlum hörmətsizlik, etimadsızlıq təcrid mövqeyi bunun bir misalıdır. Bu sammit Ermənistanda çox böyük ajiotaj yaratdı prezidentə qarşı narazılıqları kəskin artırdı. Erməni mətbuatıNiyə bütün dünya İlham Əliyevə hörmət edir, amma Sarkisyanı saymır?”, “Sarkisyan vaxtadək İlham Əliyevin qarşısından qaçacaq?”, “Belə qorxaq cəsarətsiz rəhbər Ermənistanın üzqarasıdırmanşetləri ilə çap edildi, sosial şəbəkələrdə isə vətəndaşlar öz rəhbərlərindən utanmalarını açıq şəkildə ifadə edir, onu qorxaq, rəzil saydıqlarını yazırdılar.

Azərbaycanın üzv olmadığı təşkilatda Azərbaycanın maraqlarının qorunması, İlham Əliyevin qatılmadığı sammitin nəticələrinin İlham Əliyevin diplomatik gedişlərinə uyğun müəyyənləşməsi, şübhəsiz, Qarabağ danışıqları prosesinə təsirsiz ötüşməyəcək.

Təsadüfi deyil ki, S.Sarkisyana qarşı son iki ay ərzində formalaşan yeni müxalifət cəbhəsi əsasən onun keçmiş funksionerlərindən təşkil olunur onlarxeyir-duanıxarici ölkə səfirlərindən alırlar. Məlum ölkələr artıq postsarkisyan dövrünün konturlarını tam cızıblar. Erməni prezidentinin son oyunbazlıqları isə bu ssenarinin qarşısını almaq gücündə deyil. Xalq tərəfindən etimadı tam itirən, keçmiş müttəfiqləri olan hərbçilərlə kəskin ixtilafda olan, beynəlxalq dəstəkdən məhrum qalan S.Sarkisyan öz arxasınca Ermənistanı da məhvə doğru sürükləyir.

 

İlham Əliyevin xilas formulu

 

İlham Əliyevin üslubu məlumdur: onun söylədiyi sözün arxasında hökmən konkret əməl, fəaliyyət dayanmalıdır. Prezident fakta söykənmədən bir bəyanat verməz. Bu baxımdan, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı aprel zəfəriƏsgərlərimiz Qarabağı işğaldan azad etməyə qadirdirbəyanatının real təsdiqi idi!

PrezidentinQarabağ münaqişəsi daha çox Ermənistana, sadə erməni xalqına ziyan vurub. Onlar hərbi faşist diktaturası olan hakimiyyətin girovuna çevrilibfikri , əslində, erməni xalqına çağırışdır. Yəni ermənilər özlərini, dövlətlərini, gələcəklərini xilas etmək tam təcriddən qurtulmaq üçün hərbi rejimə son qoymalı, demokratik yolla formalaşan yeni siyasi hakimiyyət isə qonşuları olan Azərbaycanla dərhal şərtsiz danışıqlara başlamalıdır.

Qarabağ münaqişəsinin nizamlama prosesində əldə olunacaq ədalətli razılaşma ən çox məhz erməni xalqına töhfə verəcək. Onlar xaosdan, böhrandan, müstəmləkəçilikdən xilas olmaqla, eyni zamanda dövlətçiliyini, müstəqilliyini bərpa edəcək, normal yaşama qədəm qoyacaqlar. Bu çağırışda bir konkret mətləb var: ermənilər nicat üçün Ermənistandan qaçmamalı, əksinə, özlərində iradə güc taparaq Ermənistana - dövlətlərinə sahib çıxmalı, cinayətkar ölkə başçısından yaxa qurtarmalıdırlar.

Prezidentin son dövrlərdəki bəyanatlarını təhlil etsək, onları belə ümumiləşdirmək olar: Azərbaycan Qarabağ cəbhəsində faktiki üstünlüyü əldə edib, yenidən alovlanan müharibə Ermənistanın onun ordusunun, xalqının birdəfəlik məhvi olacaq. Ancaq beynəlxalq vasitəçilərin təkliflərinin qəbulu vəziyyəti dəyişə bilər.

Yəni İlham Əliyev erməni xalqı qarşısında iki seçim müəyyənləşdirib: ya sülhlə razılaşıb dövlətçiliyi xilas etməli, yaxud Sarkisyanın ardınca gedərək tam iflas tənəzzüllə barışmalı!

Mövcudluq tarixlərinin ən rəzil, miskin, bədbəxt dövrünü yaşayan erməni xalqının yeganə qurtuluşu qədər qəribə görünsə , məhz

İlham Əliyevin xilas formulundadır!

Artıq bu həqiqəti ermənilər arasında anlayanlar da var...

 

İxtiyar HÜSEYNLİ,

 

Azərbaycan.- 2016.- 5 noyabr.- S. 1.