İndoneziyanın “Naval Forces” jurnalında “ADEX-2016” Azərbaycan müdafiə sərgisindən bəhs olunub

 

Noyabrın 2-dən 5-dək İndoneziyanın paytaxtı Cakartada “IndoDefence 2016” müdafiə sərgisi və forumu keçirilir.

Əhəmiyyətinə görə seçilən sərgi və forumda müdafiə sənayesinin ən qabaqcıl nümunələri nümayiş etdirilir. Dünyanın 55 ölkəsindən 750-dək şirkətin məhsullarının nümayiş olunduğu sərgi və foruma maraq böyükdüronun 25 mindən çox ziyarətçi tərəfindən izlənəcəyi gözlənilir.

Donanma müdafiəsi sahəsində ixtisaslaşmış, dünyada aparıcı yerə malik “DCNS Qrupunun nəşr etdiyiNaval Forces” (“Donanma qüvvələri”) jurnalının növbəti buraxılışı sərgi və forum iştirakçıları tərəfindən maraqla qarşılanıb. Jurnalda “ADEX-2016” Azərbaycan Beynəlxalq müdafiə sərgisinə xüsusi yer ayrılıb. Nəşrdə Azərbaycanın müdafiə potensialından bəhs edilibPrezident İlham Əliyevin Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni inşa olunan gəmiqayırma zavodunun açılışında iştirakı barədə məlumat əksini tapıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 5 noyabr.- S. 1.