Bakı VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları Lənkəran və Astarada olmuşlar

 

Bakı VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçısı olan Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti tanışlıq məqsədilə Lənkəran və Astarada səfərdə olmuşlar.

Lənkəran Turizm İnformasiya Mərkəzi qonaqlar üçün info-tur təşkil etmişdir. İnfo-tur çərçivəsində qonaqlar Lənkəranın tarix və mədəniyyət abidələri ilə tanış  olmuş, turizm baxımından maraqlı olan məkanlara səyahət etmişlər. Eyni zamanda qonaqlara Lənkəran mətbəxinin zəngin nümünələri təqdim olunmuşdur. Astara rayonunda isə forum iştirakçıları terminal vannalara,  turizm məkanlarına baxmışlar.

Qonaqlara TİM tərəfindən hazırlanan Lənkəranın turizm potensialını təbliğ edən buklet, flayer, kalendarlarvideoçarx olan DVD disk təqdim edilmişdir.

Nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkür etmiş, geniş əməkdaşlıq qurulması üçün Rusiya Federasiyasının müvafiq qurumlarına müraciət edəcəklərini bildirmişlər.

 

İlqar ƏZİMOV,

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru

 

Azərbaycan.- 2016.- 5 noyabr.- S.5.