Gəncədə İkinci Azərbaycan Elm Festivalına yekun vurulub

 

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən respublikanın elmi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan İkinci Azərbaycan Elm Festivalı noyabrın 5-də Avropanın Gənclər Paytaxtı Gəncə şəhərində bir sıra tədbirlərdən sonra işinə yekun vurub.

AZƏRTAC xəbər verir ki, festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Miniatür Kitab Muzeyinin Gəncə filialı, eləcə Qədim müasir elm, mədəniyyət mərkəzi Gəncəadlı sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgidə Gəncənin çoxəsrlik tarixini, zəngin maddi-mədəniyyətini, həmçinin şəhərin müasir elmi potensialını əks etdirən guşələr nümayiş etdirilir. Sərgidə ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli lider Heydər Əliyevin diqqət qayğısı nəticəsində Gəncədə elmin müxtəlif sahələri üzrə qazanılan uğurlardan bəhs edən tarixi-sənədli film göstərilib.

Festival Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas zalında davam etdirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ikinci dəfə keçirilən Elm Festivalının ölkəmizdə elm sahəsində qazanılan uğurların təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

Bildirilib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi mədəni inkişafı ilə sıx bağlıdır. Bu gün sosial-iqtisadi inkişafın yeni mərhələsində respublikanın intellektual gələcəyini təmin etməyin yolu elmin inkişafından asılıdır. Azərbaycanda elmin inkişafı dövlətin daim diqqət mərkəzindədir. Dövlət müstəqilliyinin bərpasından sonra bu sahəyə göstərilən diqqət qayğı elmin inkişafında müsbət nəticələr əldə etməyə imkan verib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qədim tarixə zəngin mədəniyyətə malik olan Gəncənin Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını, tarixən bu şəhərin elm, təhsil mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Elmar Vəliyev Elm Festivalının növbəti mərhələsinin Gəncədə keçirilməsinin şəhərin elmi-ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib.

Qeyd edilib ki, bu gün Gəncədə fəaliyyət göstərən AMEA-nın Gəncə Bölməsi şəhərin ətraf rayonların iqtisadi potensialının elmi əsaslarla araşdırılmasında mühüm rol oynayır.

Gəncənin həm 2016-cı ildə Avropanın Gənclər Paytaxtı olduğunu vurğulayan Elmar Vəliyev, hər il olduğu kimi, bu il şəhərdə keçirilən müxtəlif festivalların xalqımıza xas zəngin tarixi-mədəni irsin təbliğində önəmini diqqətə çatdırıb.

Sonra festivalda AMEA-nın Biologiya Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, elm festivalının keçirilməsində məqsəd ölkədə elmin təbliğ edilməsi, elmi tədqiqatlarla təhsilin inteqrasiyasını təmin etmək, eləcə aparılan elmi araşdırmaların təcrübəyə tətbiqinə nail olmaqdır.

Akademik Əhliman Əmiraslanov tibb sahəsində qazanılan nailiyyətlərdən bəhs edərək deyib ki, bütün dövrlərdə tibb elminin qarşısında duran əsas məsələ keyfiyyətli tibbi yardım göstərmək insanların sağlam yaşayışını təmin etmək olub. Hazırda tibb elminin sürətli inkişafı ilə insanların da orta ömür müddəti uzanıb. Bir sıra xəstəliklərin müalicəsində böyük uğurlar qazanılıb. Keçmişdə insanların kütləvi tələfatına səbəb olan taun, vəba, çiçək digər yoluxucu epidemiyaların qarşısının alınmasında böyük nailiyyətlər əldə olunub. Məhz, tibb sahəsində aparılan uğurlu tədqiqatlar nəticəsində peyvəndlər yaradılıb ki, bunlar da insanlar arasında kütləvi ölüm hallarının qarşısının alınmasında əsaslı dönüş yaradıb.

Yaxın gələcəkdə tibb elminin qarşısında duran əsas istiqamətlər haqqında məlumat verən akademik Əhliman Əmiraslanov son dövrlərin tibbi nailiyyətləri olan müxtəlif orqanların transplantasiyasından, onkologiya sahəsində qazanılan uğurlardan danışıb.

Festival iştirakçılarına molekulyar biologiyanın, biotexnologiyaların tətbiqi bu sahədə əldə olunan nəticələr barədə məlumat verilib.

AMEA-nın vitse-prezidenti İbrahim Quliyev çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən festivalın elm cəmiyyət arasındakı dialoqun qurulmasına xidmət etdiyini söyləyib. O, İkinci Elm Festivalının Gəncə şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu Gəncə elminin inkişafına böyük töhfə verəcəyini bildirib.

Çıxışında XII əsrin dahi mütəfəkkiri, filosof-şair Nizami Gəncəvinin humanizm fəlsəfəsini təhlil edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli şairin əsərlərində elmin təbliğinə geniş yer verdiyini vurğulayıb.

AMEA-nın müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fövqəladə hallarla bağlı, xüsusən zəlzələlərin baş verəcəyi haqqında məlumatların əhali arasında çaşqınlıq təşvişlə qəbul edilməməsi üçün seysmik zonada yaşayan insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyindən danışıb.

Akademiyanın Fizika İnstitutunun direktoru Nazim Məmmədov isə Gəncədə müxtəlif elm təhsil mərkəzlərində fəaliyyət göstərən gənc alimləri əməkdaşlığa dəvət edib.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev çıxış edərək Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanılması, elm təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinin elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib.

Ümumrusiya Elm Festivalının direktoru Leonid Qusev müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanmasının, onların düzgün istiqamətləndirilməsi dəstəklənməsinin vacib olduğunu qeyd edib. O, alim mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində, Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə Dövlət Universitetində elmi-populyar mühazirələr dinlənilib, həmçinin muzeylərə, elmi laboratoriyalara emalatxanalara ekskursiyalar təşkil olunub.

Tədbirin bədii hissəsində Gəncə Dövlət FilarmoniyasınınGöy-gölDövlət Mahnı Rəqs ansamblının üzvləri ABŞ-ın “Acidic Band” musiqi qrupu festival iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Beləliklə, İkinci Azərbaycan Elm Festivalı noyabrın 5-də Gəncə şəhərində işinə yekun vurub.

 

Azərbaycan.- 2016.- 6 noyabr.- S. 3.