Göyçayın növbəti nar bayramı

 

İnsanlar yenə də birlik, bütövlük rəmzi kimi qəbul edilən bu meyvənin ətrafında cəmləşmişdilər

 

Həmişə səliqə-sahmanı, qonaqlı-qaralı olması ilə seçilən Göyçay dünən tamamilə fərqli simada, fərqli görünüşdə idi. Hər kəsin üzündə təbəssüm görünürdü. Göyçaylılar gələn qonaqların onları yad etmələrinə görə minnətdarlıq əlaməti olaraq onlara xoş ovqat bəxş etməyə çalışırdılar.

Havaların soyumasına, noyabr ayı olmasına baxmayaraq, uzun sürən yağışlardan sonra səmada parlayan günəş sanki Göyçayın bu növrağını artırır, niyyətin paklığına, atılan addıma öz nuru ilə xeyir-duasını verirdi. Hər kəsin üzündə sevinc, bəxtiyarlıq vardı.

Göyçayda sayca 11-ci Nar bayramı keçirilirdi. Yığıncağın da səbəbi bu idi. İnsanlar bayram ab-havası yaratmaqla ilk növbədə bu məkanın brend məhsulu olan narı bir daha geniş miqyasda gündəmə gətirir, eyni zamanda il ərzində əmək cəbhəsində əldə etdikləri uğurları hər kəslə bölüşmək istəyirdilər.

İlk baxışdan hiss olunan o idi ki, Nar bayramına ciddi hazırlıq görülüb. Göyçay şəhərinin mərkəzi küçələrində, park və xiyabanlarında iməciliklər keçirilib, təmizlik-abadlıq işləri görülüb, küçələr, səkilər təmir edilib, hasarlar rənglənib. Nar bayramının keçirildiyi Göyçay şəhər stadionu əsaslı şəkildə yenidən qurulub. Ərazi bayramsayağı bəzədilib, xüsusi şüarlar, plakat və lövhələr asılıb.

Nar bayramına dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerlixarici adamları qatılmışdı. Qonaqlarrayonun rəhbər işçiləri tədbirin keçirildiyi stadionun ərazisinə daxil olarkən onları Aşıq Əhliman narın şəninə qoşulmuş saz havası ilə qarşıladı.

Bunun ardınca tədbirin rəsmi açılışı oldu. Mərasimdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə əvvəlcə qonaqları salamladı. Bildirdi ki, bu bayram artıq ənənə şəklini alıb. Bu da Prezident İlham Əliyevin ölkədə apardığı uğurlu dövlət siyasətinin nəticəsidir. Nar bayramı da dövlət başçısının təşəbbüsü ilə 2006-cı ilin noyabr ayından davamlı olaraq keçirilməkdədir. Birlik, bütövlük rəmzi olan nara bu qədər diqqət yetirilməsi əslində ölkə rəhbərinin xalqa sevgisindən doğan ideyalarının təcəssümü kimi dərk olunmalıdır.

Tədbirdə rayondakı sosial-iqtisadi vəziyyətdən bəhs edildi. Bildirildi ki, ölkə Prezidentinin kənd təsərrüfatının, konkret olaraq pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına müvafiq olaraq rayonun

kəndlərində istifadəsiz torpaq sahələrində 200 hektar ərazidə çiyid əkilmiş və sentyabr ayından məhsul toplanışına başlanılmışdır. Gəlirli sahə olan baramaçılığın bərpası istiqamətində ilk addımlar atılmışdır. Cari ilin may ayında kumdarlara 475 qram baramaqurdu paylanılmış və 1139 kiloqram barama tədarük edilmişdir. Kənd əməkçiləri tərəfindən 2017-ci ilin məhsulu üçün 6077 hektardan çox sahədə şum qaldırılmışdır. 445 hektar sahədə dən üçün payızlıq bitkilərin əkini aparılmışdır.

Məlum oldu ki, hesabat dövründə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsinin ikinci mərhələsində işlər başa çatdırılıb. Şəhərdə yaşayan sakinlərə yeni su mənbəyindən içməli su verilişi təmin olunub. Hazırda rayonun Şəhadət kəndinin ərazisində ayrılmış 4,5 ha torpaq sahəsində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksində tikinti işləri davam etdirilir. Bu obyektdə 50-yə yaxın usta və fəhlə çalışır ki, onların da əksəriyyəti yerli sakinlərdir.

Əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. “Azərişıq” Səhmdar Cəmiyyətinin podratçı təşkilatları tərəfindən 26 müasir tipli transformator məntəqələri inşa edilib. 261 ədəd 10 kilovoltluq, 135 ədəd 0,4 kilovoltluq, 1538 ədəd abonent dayağı quraşdırılıb, 100 kilometrə yaxın hava elektrik verilişi xətləri özünü daşıyan izoliyasiyalı naqillərlə əvəz olunub.

Hesabat dövründə rayonun 13 kənd yaşayış məntəqəsinə təbii qaz verilişi bərpa edilib və təbii qaz verilişi təmin olunan yaşayış məntəqələrinin sayı 42-yə çatdırılıb. İlin sonuna qədər daha 5 kənd yaşayış məntəqəsinə təbii qaz verilməsi nəzərdə tutulub. Şəhər əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması üçün 2,3 kilometr uzunluğunda istifadəyə yararsız qaz xətləri yeniləri ilə əvəz edilib.

Şəhərin Natavan küçəsindəki yol dairələri abadlaşdırılıb. Şəhər 9 saylı tam orta məktəbin dam örtüyü əsaslı təmir olunub. Şəhər dindarlarının müraciəti nəzərə alınaraq “Yuxarı məscid”də təmir işləri aparılıb və məscidin ərazisi abadlaşdırılıb. Şəhərin park və xiyabanlarının, bağların abadlaşdırılması istiqamətində də xeyli işlər görülüb. Ə.Kərim adına parkda və Şəhidlər xiyabanında lazımi səliqə-sahman yaradılıb, şəhərin bir çox küçələrində yeni çəmənliklər salınıb.

2016-cı ilin iyun ayının 12-də baş vermiş sel zamanı Aşağı Qaraməryəm kəndində Dəvəbatan çayı üzərindəki dağılmış körpü yenidən tikilərək sakinlərin istifadəsinə verilib. Şamaxı-Yevlax respublika əhəmiyyətli avtomobil yolunun Qaraməryəm kəndinin ərazisindən keçən hissəsindəki yol dairələri abadlaşdırılıb, kənddəki Bayraq meydanı əsaslı şəkildə yenidən qurulub. Rayonun Çərəkə və Qaraman kəndlərində Qarabağ müharibəsi əlilləri üçün 3 və 2 mənzilli fərdi yaşayış evləri istifadəyə verilib. Mallı-şıxlı kənd tam orta məktəbi əsaslı təmir olunub, Yeniarx kənd uşaq bağçasında, Potu kənd həkim məntəqəsində cari təmir işləri aparılıb.

Əhalinin məşğulluğunun artırılması, yeni yerlərinin açılması və ilk növbədə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların işlə təmin olunması istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Rayonda 971 yeni yeri açılıb. Bu yerlərindən 486-na rayon Məşğulluq Mərkəzinin göndərişi ilə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar qəbul olunub.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifi ilə 2016-cı ildə respublikanın ayrı-ayrı regionlarının inkişafı üçün ümumi dəyəri 2 milyard manata yaxın olan layihələr həyata keçiriləcəkdir. Vəsaitin bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların vəsaiti hesabına təmin ediləcəkdir. Bu layihənin icrası istiqamətində Göyçay rayonunda 2000 tonluq soyuducu anbar kompleksinin və yaşıl marketin inşası nəzərdə tutulub. Rayonun Yalman kəndində “Siracoğlufermer təsərrüfatı mülkiyyətində olan 5,3 hektar torpaq sahəsində 2 min tonluq soyuducu anbar kompleksinin tikilməsi üçün layihə-smeta sənədlərini hazırlayaraq ekspertizadan keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə təqdim edib.

Sahibkarlığa Kömək Milli Fondundan obyektin tikintisi üçün güzəştli kreditin ayrılması ilə bağlı müvafiq razılıq əldə edilibilkin olaraq fonddan 300 min manat vəsait ayrılıb. Ayrılan vəsait hesabına alınmış avadanlıqlar tikinti meydançasına gətirilmişdir və yaxın günlərdə obyektin tikintisinə başlanılacaqdır. Yaxın bir neçə ildə bu ərazidə plastikkarton qablaşdırma müəssisəsi, meyvə şirələri istehsalı sexləri, soyuducu anbar kompleksləri və illik istehsal gücü 5 min ton olan logistik mərkəz inşa ediləcəkdir.

Ölkə Prezidenti İlham Əliyevin əsas prioritet istiqamətlər üzrə işin daha da təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqlara müvafiq olaraq rayon iqtisadiyyatının yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. İlk növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal güclərindən tam istifadə edilməsi üçün tədbirlər görülüremal müəssisələrində yeni istehsal sahələrinin yaradılması və müasir bazar tələblərinə uyğun məhsul istehsalı diqqət mərkəzində saxlanılır. “Göyçay-Şərab”, “AzNar” və “Göyçay-Süd” səhmdar cəmiyyətlərində ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, yeni ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində ciddi aparılır. Bütün bunların nəticəsidir ki, hesabat dövründə bu müəssisələrdə istehsal olunan məhsulların 14,2 milyon manatı respublikadan kənara ixrac edilib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 5,6 milyon manatya 60,6 faiz çoxdur. Ümumi sənaye məhsulu istehsalında ixrac olunan məhsulun xüsusi çəkisi 57,5 faiz təşkil edir.

Rayonda görülən işlər qonaqlarda da xoş duyğular yaratdı. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bizimlə bayram təəssüratlarını bölüşdü: “Bu il, təbii ki, bizim üçün ən əlamətdar hadisələrdən biri dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etməyimiz oldu. Bu, bizim milli bayramımız kimi hər birimiz üçün ürəkaçan idi. Nar da bizim milli simvollarımızdan birinə çevrilib. Xatırlayırsınızsa, ilk Avropa Oyunlarında da nar simvolumuz oldu. Bu gün ölkəmiz dünyada əsasən neftqaz ölkəsi kimi tanınmaqla yanaşı, həm də artıq narın vətəni kimi məşhurlaşıb. Bu baxımdan Göyçayın özünəməxsus yerirolu var. Nar deyəndə Göyçay yada düşür. Bu gün havanın günəşli olması, insanların gözəl əhvali-ruhiyyəsi əlamətdar haldır. Tədbirin təşkilatçılığı da yaxşıdır. Göyçayın müxtəlif kəndlərindən gələn insanlar özlərinin nar məhsullarının nümayişi ilə yanaşı, birliklərini də nümayiş etdirirlər”.

Tədbirin gedişində rayon mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, idmançılar rəngarəng proqram əsasında hazırladıqları çıxışlarla bayrama fərqli rəng qatdılar.

Bayram tədbiri zamanı rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələr yarmarkalar təşkil etmiş, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi yaradılmışdır.

Tədbirdə iştirak edən qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanmış nar şirəsinin, nar şərabının, nardançanın, müxtəlif sortdan olan gilələnmiş narların dadına baxdılar.

Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədilə 11-ci dəfə keçirilən Nar bayramında bir neçə yenilik oldu.

Bayram tədbiri Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatdı.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2016.- 6 noyabr.- S. 4.