Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Əsgərov İntizar Polad oğlu

Həşimov Böyükağa Həsənqulu oğlu

İsmayılov Elçin Əlpaşa oğlu

Kazımov Naqib Müslüm oğlu

Mehdiyev Vaqif Ağarəhim oğlu

Məmmədov Elxan Mustafa oğlu

Məmmədov Xanlar Məhərrəm oğlu

Yusifov Sadəddin Nurəddin oğlu

Yusupov Rəşid Hafis oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 8 noyabr.- S. 2.