Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aqrar təhsilin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilsin:

 

İdrisov Hüseyn Əkbər oğlu

İsmayılov Məhərrəm Musa oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 8 noyabr.- S. 2.