Yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq ediləcək

 

Azərbaycanda idman yarışlarında manipulyasiya, idman yarışlarının gedişatını və nəticəsini qəsdən dəyişdirmə ilə bağlı qadağalar, yeni cəzalar müəyyən olundu. Bu məsələ Milli Məclisin noyabrın 11-də keçirilən növbəti iclasında müzakirə edildi.

Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyi elan etdikdən sonra sənədlərin müzakirəsinə başlanıldı. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli qanunun tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki, Cinayət, İnzibati Xətalar, Vergi məcəllələrində, həmçinin “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Kommersiya sirri haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli  208-IQ nömrəli qanunu  ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxıldı. Bildirildi ki, məqsəd qanunları bir-birinə uyğunlaşdırmaqdır. Qanun layihələrinin hər biri ayrılıqda səsə qoyularaq təsdiqləndi.

Qeyd edildi ki, Meşə, Cinayət, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrində, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrində edilən dəyişikliklər isə “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tətbiqi ilə əlaqədardır. Meşə Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlara təklif olunan dəyişikliklərə görə sözügedən sənədlərdə “ağac-kol bitkiləri” ifadəsi “yaşıllıqlar” sözü ilə əvəz edilir. Bundan başqa, bəzi maddələr yeni redaksiyada verilir, bəzi maddələrdə isə redaktə xarakterli dəyişikliklər aparılır ki, bu da ölkəmizdə ətraf mühitin mühafizəsinin gücləndirilməsinə xidmət edir. Qanun layihələri ayrılıqda qəbul edildi.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli gündəlikdə olanElektron imzaelektron sənəd haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, layihəyə əsasən təklif olunan dəyişikliklər şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı elektron imza ilə əlaqədar sertifikatların alınması prosedurunu müəyyən edir. Belə ki, dəyişikliyə əsasən elektron imza ilə əlaqədar sertifikat şəxsiyyət vəsiqəsini verən orqanın sorğusu əsasında da verilə bilər. Sertifikatın verilməsi isə “Azərbaycan Respublikası vətəndaşının  şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, “Elektron imzaelektron sənəd haqqında” qanuna uyğun həyata keçiriləcək.

İclasda qeyd edildi ki, 2017-ci il yanvarın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi nəzərdə tutulur. Həmin şəxsiyyət vəsiqələri hazırkı şəxsiyyət vəsiqələrindən ciddi şəkildə fərqlənməklə elektron daşıyıcıya (çipə) malik olur. Elektron daşıyıcıya (çipə) vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratmaelektron imzanı yoxlama məlumatları da daxil edilə bilər. Yeni  vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin elektron sənədlərin imzalanmasında da istifadə edilə biləcək. Qanun layihəsi təsdiq edildi.

İclasda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə  2016-cı il 4 mart tarixli  qanunun tətbiqi ilə əlaqədar olaraq “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də qəbul olundu.

Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən isə sənədin 1.0.2-ci maddəsindəki “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözu ilə əvəz ediləcək. Qanunun 1 nömrəli əlavəsinin 7-ci maddəsi ləğv edilir, 2 nömrəli əlavəsinə isə 5-ci maddə əlavə olunur. Layihə təsdiq edildi.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində sənədin 38.5-ci maddəsi ləğv edilir. Sənədə “Elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 günü müddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin  məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir” məzmununda 38.6-cı maddə əlavə edilir. Layihə təsdiq edildi. İclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə təklif olunan bəzi texniki düzəlişlər də qəbul edildi.

Daha sonraYol hərəkəti haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə edildi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, layihə sənədin təkmilləşdirilməsi, eyni zamanda, imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı şəffaflığın təmin edilməsi, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək və həmin sürücülük vəsiqələrinin dəyişdirilməsi qaydalarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Belə ki, “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etməyə hüquq verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexanikiya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı uğurla vermiş şəxsə mexanikiavtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində imtahanı uğurla vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Layihədə həmçinin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması və ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə nəqliyyat vasitələrini idarə etmək niyyətində olması kimi məsələlərə də aydınlıq gətirilib. Qanun layihəsi səsə qoyularaq təsdiq edildi.

İclasda “Bədən tərbiyəsi və idman haqqında” qanunda, eləcə də Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi barədə paket layihələrə də baxıldı. Bildirildi ki, dəyişikliklər Azərbaycan Respublikasının 2014-cü il 18 sentyabr tarixində imzaladığı “İdman yarışlarının manipulyasiyasına dair Avropa Şurasının Konvensiyası”nın müddəalarına uyğunlaşdırılması məqsədi daşıyır. “Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə üçün təklif edilən “İdman yarışlarının manipulyasiyası ilə mübarizə” məzmunlu 40-2 maddəsinə görə, idman yarışlarının manipulyasiyası qadağandır.  Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən “İdman yarışlarının manipulyasiyası” məzmunlu 192-2 maddəsinə əsasən isə idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özüya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddisair nemət, imtiyazya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi 3000 manatdan 5000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə texniki xarakterli dəyişikliklər təklif olunur. Qanun layihələri ayrılıqda təsdiqləndi.

Sonda Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərlə bağlı fikir bildirmək üçün deputatlara şərait yaratdı. Tahir Kərimli, Fazil Mustafa, Qənirə Paşayeva,  Gövhər Baxşəliyeva və Zahid Oruc müxtəlif məsələlər barədə öz təkliflərini səsləndirdilər. Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2016.- 12 noyabr.- S. 2.