Sumqayıtda rəsm festivalı keçirilib

 

Dünən Sumqayıt şəhər rəsm qalereyasında Əli Eminlinin fərdi layihəsi əsasındaAni fantaziyarəsm festivalı keçirilib.

Rəsm festivalının əsas məqsədi istedadlı gənclərə öz bacarıqlarını, fantaziya yaradıcılıqlarını göstərə biləcəkləri bir mühitin yaradılması, yeni dostluqlar qazanmaları, əl işlərinin sərgilənməsi incəsənətin təbliğidir.

Layihənin fərqli cəhəti mövzunun festival gününə qədər açıqlanmaması, festivalda gənclərin çəkəcəyi rəsmlərin mövzusunun həmin an elan edilməsi olub.

Mövzu isə dünyada ölkəmizdə aktual olanMultikulturalizm, Sülh Tolerantlıqolmuşdur.  Mövzunun seçilməsinə səbəb ölkəmizdə 2016-cı ilinMultikulturalizm iliolması, bu məsələ ilə bağlı dünya ölkələrindəki problemlərə diqqət çəkmək, respublikamızda isə müxtəlif millətlərin bir arada tolerant sülh şəraitində yaşamalarını bütün dünyaya nümunə kimi göstərmək olmuşdur.

Müsabiqə xarakteri daşıyan festivalda onlarca gənc iştirak etmişdir.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 16 noyabr.- S. 12.