Beynəlxalq Tolerantlıq Günü ilə bağlı silsilə tədbirlər keçirilib

 

Millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkə ərazisində silsilə tədbirlər keçirilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayevin təşəbbüsü ilə noyabrın 5-dən 17-dək bir sıra idarə, müəssisə və təşkilatlarda “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda mühazirələr keçirilib.

Ölkənin müxtəlif bölgələri əhatə olunmaqla mühazirələr 49 şəhər və rayonun Heydər Əliyev mərkəzlərində, 5 gənclər mərkəzində, YAP rayon təşkilatlarında  və mədəniyyət evlərində, bir sıra elm və təhsil müəssisələrində, eləcə də Rus Pravoslav kilsəsində (ümumilikdə 69 idarə və təşkilatda) keçirilib.

Müxtəlif xalqların, etnik qrupların nümayəndələrindən ibarət auditoriya qarşısında 14 deputat, AMEA-nın 12 alim və tədqiqatçısı, ali məktəblərin 27 professordosenti, 27 elm, təhsil və mədəniyyət işçisi, tanınmış ziyalılar çıxış ediblər. Mühazirəçilərdən 2 nəfəri akademik, 4 nəfəri elmlər doktoru, professor, 36 nəfəri fəlsəfə doktoru, dosentdir.

Tədbirlərdə tolerantlıq anlayışı, tolerant mühiti formalaşdıran amillər, tarixən Azərbaycan ərazisində mövcud olan birgəyaşayış qaydaları barədə ətraflı məlumat verilib. Bir daha bildirilib ki, Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına eyni qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqidini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur.

Akademik Möhsün Nağısoylu Ağsu rayonunun Heydər Əliyev Mərkəzində, akademik Vasim Məmmədəliyev Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində, Milli Məclisin deputatları Sona Əliyeva Şəmkir Bilik evində, Aydın Mirzəzadə Səbail Rayon İcra Hakimiyyətində, Qənirə Paşayeva Tovuz rayonunun, Rəfail Cəbrayılov Nizami rayonunun, Fuad Muradov Xətai rayonunun, Mixail Zabelin Qaradağ rayonunun, Elşad Həsənov Yasamal rayonunun Heydər Əliyev mərkəzlərində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Nardaran Bilik evində yerli əhali ilə görüşüblər.

AMEA-nın alimləri Mətləb Mahmudov Tərtər rayonunun, İlham Məmmədzadə Sumqayıt şəhərinin, Elsevər Səmədov Ucar rayonunun, Radif Mustafayev Yardımlı rayonunun, Nazim Əliyev Neftçala rayonunun, Sənan Həsənov Göyçay rayonunun Heydər Əliyev mərkəzlərində Beynəlxalq Tolerantlıq Günü ilə bağlı mühazirələr oxuyublar.

İnteraktiv formada keçən mühazirələrdə etnik qrupların nümayəndələri, yeniyetmələr və gənclər, yerli ziyalılar iştirak ediblər.

Beynəlxalq Tolerantlıq Günü ərəfəsində bütün ölkə ərazisində aparılan sistemli maarifləndirici tədbirlər müxtəlif təbəqələrə mənsub insanları, ayrı-ayrı xalqların nümayəndələrini, Azərbaycanda yayılan bütün dinlərin daşıyıcılarını azərbaycançılıq ideologiyası ətrafında bir daha sıx birləşdirib.

 

Azərbaycan.- 2016.- 17 noyabr.- S. 8.