Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşmüşdür.

Səmimi qəbula görə minnətdarlıq edən Vey Cinhua Naxçıvana səfərinin əhəmiyyətinə toxunmuş, muxtar respublikanın inkişafının məmnunluq doğurduğunu və ikitərəfli əlaqələr üçün geniş perspektivlər açdığını bildirmişdir.

Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik etmiş, dövlət başçısının Çin Xalq Respublikasına səfərini xatırlatmış, bunun Azərbaycan-Çin əlaqələrinin inkişafına təkan verdiyini qeyd etmişdir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasında rabitə və yeni texnologiyaların tətbiqi sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri gələcək əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir.

 

Azərbaycan.- 2016.- 17 noyabr.- S. 4.