Erməni vətənpərvərlər xilas yolunu Azərbaycana sığınmaqda görürlər

 

Prezident İlham Əliyevin sülh çağırışı Ermənistanda əhalinin dəstəyini qazanır

 

Vaxt gələcək Azərbaycan çox güclənəcək və ermənilər azərbaycanlılara yalvaracaqlar. Hələ imkanımız var. Dağlıq Qarabağ məsələsini ədalətli həll etsək, udarıq, yoxsa elə bir vaxt gələr ki, göz yaşı töküb yalvarsaq da, heç kim güzəştə getməz”.

18 il öncə, 1998-ci ildə prezidentlikdən devrilərkən Levon Ter-Petrosyan bu fikirləri söyləyəndə Ermənistan əhalisi onu anlamaq iqtidarında deyildi. Bu gün isə sabiq prezidentə gülənlərin övladları, yaxınları, qohum-əqrəbaları adi insan kimi yaşamaq üçün Azərbaycandan sığınacaq istəyir, acizanə şəkildə yalvarırlar.

Aydın şəkildə görünür ki, Ermənistan yenə də başqasının yardımına möhtacdır. Bu, tarixən də belə olubbu gün də həmin “ənənə” davam edir. Noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev də vurğuladı ki, başqasının yardımına möhtac olan Ermənistana başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilər. Bunu bütün dünya bilir. Ermənistan hakimiyyəti ancaq nəzarətində olan KİV vasitəsi ilə uydurmalar yaymaqla məşğuldur: “Onlar əllərində, nəzarətlərində olan müxtəlif kütləvi informasiya vasitələri ilə rəy formalaşdırmağa, mif, əfsanə yaratmağa çalışırdılar ki, guya onların yenilməz ordusu Azərbaycana zərbə vurub, torpaqları işğal edib. Ancaq həyat göstərir ki, xarici yardım olmadan onlar nəinki işğal edə, heç tutduqları torpaqları saxlaya bilməzlər. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu heç nəyə baxmadan uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edibdir. Yəni biz öz hesabımıza yaşayırıq. Heç kimdən asılı deyilikimkan daxilində öz həyatımızı qururuq”.

 

Pənah yerinin yalnız Azərbaycanda olduğunu görən ermənilər...

 

Bunu söyləməyə əlimizdə yetərincə faktlar var. Tarixə nəzər salaq: 2010-cu ildə Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, QayanePetros Gevorkyanlar ailəlikcə Ermənistan hakimiyyətinin zülmündən qaçaraq ölkəmizə gəldilər. Onlar Naxçıvanın Sədərək rayonu tərəfindən erməni postunu yarıb Azərbaycan tərəfə keçdilər. 4 il xüsusi himayə altında ölkəmizdə yaşadılar.

2015-ci il martın 22-də isə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim oldu. Onun Ermənistan hakimiyyətini ifşaedici açıqlaması isə belə idi: “Könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölmək istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb.

Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib Azərbaycana keçmək istəyən çoxlu sayda insan var. Bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağırıram. Bizim rəhbərlər insanları aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər”.

2015-ci ilin sentyabr ayında isə Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan ailəsi ilə birlikdə Azərbaycandan siyasi sığınacaq istədi və mətbuat konfransı keçirərək terrora dövlət səviyyəsində dəstək verən Ermənistan hakimiyyətinin öz vətəndaşlarına qarşı həyata keçirdiyi iyrənc siyasətlə, ölkədə yaşanan xaosla bağlı faktlar açıqladı.

Bunun ardınca Ermənistanın ən məşhur aktyoru, “Frunzik” adı ilə tanınan Mher Mkrtıçyanın dul xanımı, aktrisarejissor Tamara Hovvanisyan “1in.am”a verdiyi müsahibəsində isə Serj Sarkisyan hakimiyyətinin əsl üzünü açdı: “Ermənistan acınacaqlı vəziyyətdədir: cəmiyyət qorxaq, ordu bivecoğru generalların əli altında, hər tərəfdə rüşvətxorluq, korrupsiya, qanunsuzluqbanditizm... Dəyişikliklər o zaman olacaq ki, Ermənistan prezidenti Serj Sarkisyanonun dəstəsi hakimiyyəti tərk etsin. Onlar yenidən müharibə olmasını, qan tökülməsini istəmirlərsə, getməlidirlər”.

 

Serj Sarkisyan rejimi devrilməsə, 20 ildən sonra erməni xalqı qalmayacaq

 

Noyabrın 8-də isə Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirildi. Bu toplantıya qatılan Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan və erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyanın açıqlamaları Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəməyən Serj Sarkisyan rejiminə, onun havadarlarına erməni xalqının kəskin mesajı oldu.

Onsuz da Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir ki, Ermənistan əhalisi səfalət içində yaşayır. Ölkədə kəskin surətdə yoxsulluqişsizlik artır, minlərlə insan xarici ölkələrə üz tutur. Sosial-iqtisadi vəziyyət acınacaqlı durumdadır, işsizlik insanları boğur. Bakıya gələn ermənilər də bu faktları bir daha təsdiqləyib, Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər.

Erməni hüquq müdafiəçisi Vaan Martirosyan hələ keçən il Azərbaycandan sığınacaq istəyərkən ölkəsində baş verən hadisələrdən söz açmışdı. Bu dəfə isə hüquq müdafiəçisi bildirdi ki, Xocalı soyqırımını törədən hakimiyyət indi də öz xalqına qarşı soyqırımı törədir. Acınacaqlı durumda olan xalqın çıxış yolu ancaq ölkədən qaçmaqdır. Çünki Sarkisyan rejimi Dağlıq Qarabağ münaqişəsindən “qidalanır”.

Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan isə münaqişənin Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirdiyini söylədi: “Ermənistanda Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayan insanlar çoxdur. Əgər Serj SarkisyanRobert Koçaryan kimilər mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı qalmayacaq. Haaqa tribunalı da onlar üçün azdır. Serj Sarkisyan erməni xalqını talan edir. O, prezident yox, işğalçıdır. Bu şəxs erməni xalqına qarşı soyqırımı həyata keçirib”.

Münaqişənin sülh yolu ilə həlli zamanının yetişdiyini söyləyən jurnalist Azərbaycan Prezidentinə müraciət etdi: “Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, ondan bu münaqişənin həll olunmasını xahiş edirəm. Düşünürəm ki, mənim burada olduğuma görə prezident Serj Sarkisyan utandığından ölməli idi”. Azərbaycan xalqına qarşı törədilən müsibətlərə görə Ermənistan xalqı adından üzr istəyən Suzanna Caqinyan etiraf etdi ki, əgər müharibə başlayarsa, bu, Ermənistanın iflası ilə bitəcək.

Erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan da həmyerlilərinin fikirlərinə dəstək verdi. Bildirdi ki, Ermənistanın beynəlxalq hüquqa saymazyana münasibəti uzun müddət davam edə bilməz. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

Bütün bu fikirlər son 6 ildə Azərbaycana üz tutan ermənilərin dilindən səslənib. Artıq şərhə ehtiyac qalmır. 13 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq konfranslarda bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdıraraq bu münaqişəni Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasında yeganə əngəl yaradan problem kimi qiymətləndirir. Ancaq xristian təəssübkeşliyindən istədiyi kimi yararlanan Ermənistana hədə-qorxu gələn yoxdur. 25 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin ortaq bir mövqeyə gələ bilməməsi, beynəlxalq qurumların bəyanatlarının hələ də kağız üzərində qalması Azərbaycana qarşı ikili standartlar prinsipinin qüvvədə olduğunu göstərir.

 

Siyasi-diplomatik bataqlıqda çırpınan Ermənistan daha rəzil vəziyyətə düşəcək

 

Bütün bu faktlara rəğmən Ermənistan hakimiyyəti beynəlxalq toplantılarda həyasızcasına Azərbaycanı ittiham edərək, status-kvonu daha bir müddət möhkəmləndirməyə can atır. Çünki Serj Sarkisyan yaxşı bilir ki, Ermənistan bu məsələdə nə hüquqi, nə də hərbi müstəvidə üstünlüyə malikdir. Bu səbəbdə də iştirak etdiyi beynəlxalq konfranslarda uydurmalar səsləndirməklə qabaqdangəlmişlik etməyə çalışır. Lakin hər dəfə Azərbaycan Prezidentinin bu uydurmalara tutarlı cavabları ilə terrora dövlət səviyyəsində dəstək verən şəxs aciz vəziyyətdə qalır. Sentyabrın 16-da Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında dövlət başçısının bir daha Sarkisyanatoy tutması” bu şəxsin nəinki həmin toplantıda, elə öz ölkəsində də rüsvay olması ilə nəticələndi. Hələ də erməni yazarlar bu hadisəni xatırlayaraq Sarkisyanı qorxaq və cəsarətsiz adlandırırlar. Erməni jurnalistlər də təsdiqləyirlər ki, Serj Sarkisyan Azərbaycan Prezidenti tərəfindən daim əzilir. Sonuncu hadisə isə açıq şəkildə Sarkisyanı - ümumiyyətlə, Ermənistanı şillələmək idi. Bu ölkənin “armenianreport” saytında Qraçya Qalustyan imzası ilə yayılan məqalədə deyilirdi: “Bu nədir? Alçalmaq deyilmi? Biz nə qədər alçalmağa dözəcəyik? Diplomatiyanı və mübahisə etməyi bacarmayan, müzakirələrdən qaçan bu adama niyə dözməliyik?”.

Azərbaycan Prezidentinin ortaya qoyduğu siyasi-diplomatik davranış daim Ermənistan və onun rəhbərinin ifşası ilə nəticələnir. Yarıtmaz siyasəti ilə həm Ermənistanı Cənubi Qafqazda gerçəkləşən böyük layihələrdən kənarda qoyan, həm də ölkə əhalisini dözülməz vəziyyətə salan Serj Sarkisyana sanki təsir etmir. Çünki belə durumlara vərdiş edib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatiya artıq dünya birliyi tərəfindən erməni yalanının ifşası ilə nəticələnib. Bu gün dünyaya bəlli olan Azərbaycan həqiqətləri erməni lobbisinin saxta uydurmalarını alt-üst edir. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllində erməni diplomatiyasının aciz durumda qaldığını bir daha sübuta yetirir. İllərdir münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesindən qaçan Ermənistan rəhbərliyinin yeritdiyi yararsız xarici siyasəti dəyişmək imkanı demək olar ki, tükənib. Bunu Azərbaycana gələn erməni hüquq müdafiəçilərinin, jurnalistlərinin, yazıçılarının fikirləri bir daha sübut edir.

Bu, hələ son deyil. Özünün yaratdığı siyasi-diplomatik bataqlıqda çırpınan Ermənistan hakimiyyəti Azərbaycan həqiqətləri qarşısında daha rəzil vəziyyətə düşəcək. Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən bir daha Ermənistan hakimiyyətinə xatırlatdı. Dövlət başçısı vurğuladı ki, heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır: “Bu işğala son qoyulmalıdır. Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 18 noyabr.- S. 1. 4.