Azərbaycanda müstəqil medianın inkişafı beynəlxalq miqyasda yüksək qiymətləndirilir

 

Prezident İlham Əliyev ölkəmizdəki demokratikləşmə prosesinin əsas nailiyyətlərini elan etdi:

 

- müstəqil medianın inkişafı hökumətin əsas prioritetlərindəndir;

- respublikamızda bütün fundamental azadlıqlar təmin olunub;

- Azərbaycan internetin tam azad olduğu ölkədir;

- KİV-in inkişafı prosesinin uğurlu nəticələri var;

- demokratikləşmə yönümündəki islahatlar səmərəli olub.

Bakı daha bir mötəbər beynəlxalq tədbirə - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına evsahibliyi edir. Nüfuzlu media qurumlarının toplantısında 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər.

Dünyanın bütün qitələrindən xəbər agentliklərinin təmsil olunduğu Konqresin Bakıda keçirilməsi müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Qloballaşma dövründə azad müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir. Onun başlıca vəzifəsi cəmiyyəti onu maraqlandıran məsələlər barədə məlumatlandırmaq, zəruri informasiyalarla təmin etməkdir. Media bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla informasiyaları toplayıb hazırlamaq yaymaqla həyata keçirməlidir.

KİV cəmiyyətlə dövlət, ictimaiyyətlə vətəndaşlarla hakimiyyət strukturları arasında bir növ əlaqələndirici həlqə rolunu oynayır. Bu mənada, yazılı mətbuat, elektron kütləvi informasiya vasitələri yeni dövrdə sadəcə informasiya vermək, maarifləndirmək əyləndirmək kimi funksiyalarla məhdudlaşmırlar. Onlar eyni zamanda ictimai nəzarətçi, tənqidçi, müdafiəçi kimi funksiyaları özündə daşıyırlar. Bundan başqa, media cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlər, ictimaiyyəti maraqlandıran ayrı-ayrı məsələlər üzrə ictimai müzakirə açmaqla, diskussiyalar təşkil etməklə, müxtəlif rəylər formalaşdırmaqla kommunikativ funksiya həyata keçirir.

Hər bir dövlətdə demokratiyanın səviyyəsi söz mətbuat azadlığının müəyyən olunmuş səviyyəsi ilə ölçülür. KİV-in, jurnalistikanın vəziyyəti, söz mətbuat azadlığının səviyyəsi demokratiyanınbarometridir”. Demokratik dəyərlərə yüksək sadiqlik nümayiş etdirən Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilib, söz mətbuat azadlıqları tam təmin olunub. Prezident İlham Əliyev mətbuatla bağlı müxtəlif dövrdə verdiyi açıqlamalar bir daha göstərir ki, ölkə rəhbəri demokratik proseslərin dərinləşdirilməsində, mülki cəmiyyət quruculuğunda medianın imkanlarını rolunu yüksək dəyərləndirir. Qəzetlərin fəaliyyətindəki çatışmazlıqları, üstün cəhətləri incəliklərinə qədər diqqətə çatdıran dövlət başçısı ölkədə jurnalist peşəkarlığının artırılması, KİV-in iqtisadi müstəqilliyinin təmini üçün reklam bazarının inkişaf etdirilməsi, peşə etikasına ciddi riayət edilməsi, milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik təbliğatının gücləndirilməsi ilə bağlı da fikirlərini açıqlamışdır.

Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində bildirib: “Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur.

Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq bu 25 il ərzində siyasi iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub”.

Ölkə rəhbəri respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır.

Dövlət başçısı ilk gündən respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bəyan etmişdir. 2005-ci il 21 iyul tarixdəAzərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habeləKütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqındasərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixliAzərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqındasərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixliAzərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqındasərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. 2010-cu ilin dekabrında həmin binanın tikintisi üçün Bakıda torpaq sahəsi ayrıldı iyulun 22-də 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verildi. Ölkə başçısı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzaladı. Sərəncama əsasən, mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrıldı.

Prezident İlham Əliyevin 2 iyun 2015-ci il tarixində Azərbaycan milli mətbuatının 140 illik yubileyinin respublikada geniş qeyd olunması barədə sərəncam imzalaması bu istiqamətdə ölkə üzrə silsilə tədbirlərin keçirilməsi dövlət başçısının mətbuata qayğısının bir daha əyani nümayişi oldu. Bayram ərəfəsində isə ölkə başçısının sərəncamı ilə jurnalistlərin böyük bir qrupunun - 200-ə yaxın mətbuat işçisinin orden, medal fəxri adlarla təltif olunması bu sahəyə verilən diqqəti göstərdi.

Yeni dünya düzəninin diktə etdiyi qaçılmaz reallıqlar fonunda hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun təbii-bioloji ehtiyatlarından, iqtisadi potensialından, dünya siyasətindəki rolundan asılı olaraq müxtəlif məqsədlər üzərində qurulur. Milli təhlükəsizlik problemi özlüyündə mürəkkəb struktura malik olmaqla, dövlətin milli maraqlara hədəflənən müstəqil və qətiyyətli siyasət yürütməsini, habelə ictimai quruluşun, insan hüquq və azadlıqlarının qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini özündə ehtiva edir. Bu mənada, yeni dövrdə ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Demokratik cəmiyyətdə bütün məsələlərin inzibati yolla tənzimlənməsinin qeyri-mümkünlüyü nəzərə alınmaqla, jurnalistlərin xəbər yayımında ehtiyatlı davranmaları, bu zaman milli təəssübkeşlik mövqeyi nümayiş etdirmələri yeni dövrün diktə etdiyi obyektiv reallıqdır.

Bu səbəbdən sizin bugünkü toplantınız və konqresiniz bu mühüm məsələləri nəzərdən keçirəcək. Hamımız azad medianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idibizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var. Əminəm ki, siz bu məsələləri müzakirə edəcəksiniz və Bakı Konqresi fəaliyyətinizdə mühüm addım olacaq”.

Ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr nisbətən fərqli mahiyyət kəsb etməlidir. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Yayımlanması qanunla tənzimlənməyən xəbər milli maraqlara xələl gətirirsə, onun yayılması mənəvi-etik baxımdan yolverilməz sayılmalıdır. Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri tamamilə obyektiv xarakter daşıyır. Daha dəqiqi, mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət, milli-mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibət istənilir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 18 noyabr.- S. 1, 4.