AZƏRTAC Dünya Xəbər
Agentlikləri Konqresinin sədridir
Noyabrın
17-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC) baş direktoru Aslan Aslanov Dünya Xəbər
Agentlikləri Konqresinin 2016-2019-cu illərdə prezidenti vəzifəsinin
icrasına başlayıb. AZƏRTAC 2016-2019-cu illərdə
bu beynəlxalq quruma sədrlik edəcək.
Dünya
Xəbər Agentlikləri Konqresi Şurasının həmin
gün keçirilən iclasının
iştirakçıları yeni prezident Aslan Aslanova və
AZƏRTAC-ın kollektivinə uğurlar arzu etdilər.
Sonra
iclasda Konqresin yeni baş katibinin seçilməsi və
növbəti VI Konqresin keçiriləcəyi yerlə
bağlı məsələlər müzakirə olundu.
İclasda
Konqresin hazırkı baş katibi Uffe Riis Sorensen səlahiyyət
müddətinin başa çatdığını bildirdi.
Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim
Minçev Şura üzvlərinin qərarı ilə
Konqresin yeni baş katibi seçildi. İclasda Uffe Riis
Sorensenin fəaliyyəti müddətində təşkilatın
işinin təkmilləşdirilməsinə böyük
töhfələr verdiyi vurğulandı və Konqres adından
ona təşəkkür edildi.
Daha
sonra Şura üzvlərinin səsverməsi ilə 2019-cu ildə
Dünya Xəbər Agentliklərinin VI Konqresinin
Bolqarıstanın paytaxtı Sofiya şəhərində
keçirilməsi qərara alındı.
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 5.