AMEA-da beynəlxalq elmi konfrans

 

Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Respublikamızda elmin müxtəlif istiqamətlərində, o cümlədən fəlsəfə sahəsində əhəmiyyətli nailiyyətlər qazanılıb. Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyası isə bu gün qarşıda duran ən aktual vəzifələrdən biridir.

AMEA Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası AMEA-nın Gənc Alim Mütəxəssislər Şurasının birgə təşkilatçılığı iləDünya Fəlsəfə Günü”nə həsr edilən beynəlxalq elmi konfransda bu barədə ətraflı söhbət aparıldı.

AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə konfransı açaraqFəlsəfə multikulturalizmmövzusunda məruzə ilə çıxış etdi. O, bildirdi ki, hər il noyabr ayının ortalarında (17-18 noyabr tarixləri) “Dünya Fəlsəfə Günü”nün keçirilməsində əsas məqsəd hazırda baş verən qlobal sosial-mədəni dəyişikliklərin müzakirəsinin ümumi platformasını tapmaq, insanları fəlsəfi irsin qorunmasına cəlb etmək, yeni ideyalar üçün təfəkkür dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin görkəmli alimlərin açıq debatlarını təşkil etməkdir.

Tədbirdə vurğulandı ki, hazırda 70-dən çox ölkədəDünya Fəlsəfə Günü” UNESCO-nun təşkilatçılığı ilə beynəlxalq konfranslar, “dəyirmi masa seminarlar, fəlsəfənin aktual problemlərinə həsr olunmuş kitabların sərgisi ilə qeyd olunur.

Fransada Şərq Dilləri Mədəniyyəti İnstitutunu bitirən, uzun müddət Sorbonna Universiteti nəzdində fəaliyyət göstərən Elmi Tədqiqatlar üzrə Milli Mərkəzin direktoru, professor Fransua JorjonunƏhmədbəy Ağaoğlunun sivilizasiya konsepsiyasımövzusundakı məruzəsi isə daha çox yaddaqalan hesab edilib.

Livandan olan professor Mahmud HaydarınTolerantlıq fəlsəfəsi: dini teistik əxlaq aspektləri”, professor Zümrüd QuluzadəninAzərbaycan fəlsəfə mədəniyyət tarixinin çoxcildliklərinin yeni dövrdə nəşri məsələləri”, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Zöhrə ƏliyevanınMultikultural vətəndaşlıq məsələsinə dair”, filologiya üzrə elmlər doktoru Füzuli QurbanovunTolerantlıq sosial fəallıq: özgəsi ilə dialoqun sərhədləriməruzələri ətrafında aparılan geniş diskussiyalar da maraqla qarşılandı.

Məruzə çıxışlarda Azərbaycandakı mövcud tolerantlıq mühiti multikulturalizm ənənələrinə sadiqliyin dövlət siyasətinin tərkibi olduğu xüsusi vurğulandı.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2016.- 18 noyabr.- S. 7.