OANA-ya 2016-2019-cu illərdə sədrlik Rusiyanın TASS agentliyindən AZƏRTAC-a keçib

 

Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) 2016-2019-cu illərdə sədrlik Rusiyanın TASS agentliyindən AZƏRTAC-a keçib.

Bu barədə qərar Heydər Əliyev Fondunun AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının Bakıda keçirilən XVI Baş Assambleyasında təsdiqlənib.

Assambleyada AZƏRTAC-ın baş direktoru Aslan Aslanov OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.

Tədbirdə, həmçinin İcraiyyə Komitəsinin yeni üzvləri seçilib.

Qeyd edək ki, AZƏRTAC OANA-ya 2004-cü ilin sentyabrında üzv qəbul olunub. 2007-ci il dekabrın 12-də OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən XIII Baş Assambleyasında AZƏRTAC bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin üzvü, 2013-cü il sentyabrın 18-22-də Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC-ın baş direktoru OANA-nın vitse-prezidentlərindən biri seçilib. Həmin toplantıda gizli səsvermə nəticəsində AZƏRTAC 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

 

Azərbaycan.- 2016.- 19 noyabr.- S. 5.