“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 603; 2006,   ¹ 6, maddə 482; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 3, maddə 154; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 11, maddə 983; 2012, ¹ 6, maddə 509, ¹ 7, maddə 668, ¹ 11, maddə 1053; 2013, ¹ 6, maddələr 607, 623, ¹ 7, maddə 791, ¹ 12, maddə 1484; 2014, ¹ 1, maddə 7, ¹ 2, maddə 97, ¹ 6, maddələr 597, 604; 2015, ¹ 3, maddə 255; 2016, ¹ 4, maddə 645, ¹ 6, maddə 990, ¹ 7, maddə 1244) 8.0.9.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:

8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;

8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 oktyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 20 noyabr.- S. 3.