Akademik Kamal Abdullanın kitabı çap olunub

 

Akademik Kamal AbdullanınAzərbaycan dili sintaksisinin nəzəri problemlərikitabı təkmilləşdirilmiş formatda yenidən çap olunub.

Kitab Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin həlli, xüsusən dilçiliyin sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı münasibət, sadə mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin dilçilik araşdırmalarını özündə əks etdirir.

AZƏRTAC xəbər verir ki, monoqrafiyada Azərbaycan dili sintaksisinin indiyə qədər tədqiqat obyekti olmamış bir sıra nəzəri eyni zamanda bəzi praktik məqamları təhlil obyekti seçilib. Müəllif öz mülahizələrini üç sintaktik vahidinsadə cümlənin, mürəkkəb cümlənin mürəkkəb sintaktik bütövün öyrənilməsi üzərində qurur. Onları bir-birinə bağlayan izomorfizm prinsiplərinə əsasən, bu vahidlərə bütöv bir sintaktik baxış müəyyənləşdirir. Monoqrafiyada sadə cümlənin monopredikativ quruluşu, aktual üzvlənmə, mürəkkəb sintaktik bütöv, onun sərhədləri, kompozisiyası, tərkibi, tədqiqinin əsaslandırılması başqa problemlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunub.

Kitab 3 böyük hissədən hər hissə ayrı-ayrı fəsillərdən ibarətdir. Birinci hissənin birinci fəslində Azərbaycan dilində cümlənin quruluşunun təşəkkül tarixiKitabi-Dədə Qorquddastanının dilindən başlayaraq XX əsr ədəbi dilimizin ədəbi-bədii nümunələri əsasında izlənilmiş, alınan elmi nəticələr dünya dillərində cümlənin təşəkkül tarixi kontekstində şərh olunmuşdur.

Digər iki hissədə isə uyğun olaraq dilimizdə mürəkkəb cümlənin müxtəlif aspektlərdən təhlili verilir mürəkkəb sintaktik bütövmətn tədqiqat obyekti kimi nəzərdən keçirilir. Monoqrafiyanın nəticə bölməsində hər 3 hissədə gəlinən elmi nəticələr sistemləşdirilir, dildə həm sadə mürəkkəb cümlə, həm mətn səviyyəsində baş verən təşəkkülün bir-biri ilə sıx bağlı paralel proses olduğu göstərilir.

Kitab Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiqlənmişdir.

 

Azərbaycan.- 2016.- 20 noyabr.- S. 6.