Azərbaycan Ordusunun aprel şücaəti böyük hərbi zəfərdir

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu günlərdə Füzuli və Beyləqan rayonlarına səfəri oldu. Ölkə başçısı səfəri zamanı Füzuli rayonunun ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış oldu və düşmənin mövqelərini izlədi. Ölkə başçısının Ermənistan silahlı qüvvələri ilə ön xətdə yerləşən bölgəyə səfəri orada yaşayan əhalinin, xüsusən də əsgər və zabit heyətinin əhvali-ruhiyyəsini daha da yüksəltdi. Dövlət başçısının cəbhə bölgəsinə budəfəki səfəri göstərdi ki, hərbçilərimizin döyüş əzmi çox güclüdür. Əsgər və zabit heyəti Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını bir daha hiss etdi.

Ermənistan ordusunun təmas xəttində atəşkəs rejimini mütəmadi şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduğu bir vaxtda ölkə Prezidentinin cəbhə bölgəsinə səfəri, səngərdə dayanan hərbçilərlə görüşü cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. Dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri düşmənə layiqli cavab verərək istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha göstərdi. Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət əvvəl Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına da səfər etmişdi.

Budəfəki səfər isə bir daha təsdiqlədi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir. Ölkə başçısı hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların müdafiəsini gücləndirmək, həyat və şəraitini, güzəranını yaxşılaşdırmaq üçün lazımi tədbirləri görür.

Prezident İlham Əliyev Füzuli rayonunda hərbi qulluqçular qarşısında çıxışı zamanı mühüm məqamlara toxunub: “Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir.

Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.

Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişikböyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən hərbi hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaqdöyüş bölgələrinə qayıtmaq”.

Cari ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri ağır hərbi texnikadan istifadə etməklə təmas xəttində təxribat xarakterli hərəkətlər edərək açıq-aşkar danışıqlar prosesini pozmaq niyyətlərini göstərdilər. Düşmən təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirləri görüldü. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olundu. Goranboy rayonuNaftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi. Aprelin 5-də Azərbaycan tərəfi sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verdi.

Düşmən təxribatının qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və Silahlı Qüvvələrimizin sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi.

Apreldə baş verən hadisələr bir sıra reallıqları da üzə çıxardı. İlk növbədə məlum oldu ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın dəstəyi ilə qarşılandı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktikistrateji hazırlıq səviyyəsini və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdı. İndiki dövr üçün qarşıya qoyulmuş məqsədin reallaşdığını, müəyyən geosiyasi amilləri, habelə müxtəlif ölkə və təşkilatların rəhbərlərinin çoxsaylı çağırışlarını nəzərə alan ölkə rəhbərliyi atəşkəsin dayandırılmasına qərar versə də, dördgünlük müharibə ərzində xalqımız həsrətində olduğu qələbənin şirinliyini dada bildi.

Güclü Azərbaycan Ordusu düşmən təxribatının qarşısını qətiyyətlə aldı və erməni qüvvələri böyük itkilər verərək geri çəkilmək məcburiyyətində qaldıar. Ordumuz təmas xəttində üstünlüyü tamamilə ələ alaraq döyüş mövqelərimizi daha da möhkəmləndirdi. Prezident

İlham Əliyevin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər bu gün düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnikadöyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.

Prezident İlham Əliyev Azərbaycan Ordusunun istənilən vəzifənin öhdəsindən layiqincə gəlməyə qadir olduğuna bir daha əminlik ifadə etdi: “Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilirbütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə dəqiqliyə malik olan silahlar, texnika alınır artıq bizim sərəncamımızdadır”.

Prezident İlham Əliyevin Füzuli Beyləqan rayonlarına səfəri bir daha göstərdi ki, Azərbaycanın güclü ordusu var istənilən an torpaqlarımızı düşməndən azad edə bilər. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə kifayət qədər böyük uğurlar qazanmışdır. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi buna adekvat olaraq yüksəldilir. İşğalçı Ermənistan dövləti qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, bunu Azərbaycanın iqtisadi, siyasi ən əsası, hərbi gücü diktə edir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 20 noyabr.- S. 1, 5.