Azərbaycanda aparılan islahatlar beynəlxalq miqyasda təqdir olunur

 

Dünya Bankı respublikamızı əlverişli biznes üçün ən yaxşı ölkələr siyahısına daxil edib

 

Azərbaycan qlobal böhranın təsirlərinin qabarıq duyulduğu bir şəraitdə böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrində dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da özünü göstərir. Milli iqtisadiyyatın müxtəlif sahələrinə yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir.

Qlobal maliyyə böhranının yeni fazaya keçməsinə baxmayaraq, qeyri-neft sektorunda artım 3,6 faiz təşkil edir. Sosial layihələr uğurla icra edilir ötən müddətdə 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, 154 min yeri açılıb ki, onlardan da 121 mini daimi yerləridir. İqtisadi siyasətin sosialyönümlü səciyyə daşıması bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır.

Son illər ərzində Azərbaycanda sənaye, kənd təsərrüfatı sürətlə inkişaf edir. Dünyada maliyyə-iqtisadi böhranın davam etdiyi bir şəraitdə bu istiqamətdə çox ciddi addımlar atılır. Bu gün Azərbaycanda iqtisadiyyatın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. İxracın şaxələndirilməsi istiqamətində aparılan uğurlu islahatlar müsbət nəticələr verməkdədir. Sahibkarlığın inkişafına böyük diqqət göstərilməsi, adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlüyündən xəbər verir. Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaq. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat güzəştli kreditlər verilib.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, makroiqtisadi maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Prezident İlham Əliyev ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində növbəti ildə davamlı işlərin görüləcəyini bildirib: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da, əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq”.

Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Dünya Bankı bu günlərdə biznesin qeydiyyatdan keçirilməsinin sadə olmasını, kreditlərin əlverişliliyini digər bir sıra amilləri nəzərə alaraq sahibkarlıq üçün planetin ən yaxşı pis ölkələrinin reytinq siyahısını tərtib edib. “Business Insider” portalı biznesə başlamaq onu inkişaf etdirməyin çox asan olduğu 17 ölkədən ibarət siyahını dərc edib.

Sorğuda 139 ölkədən 130 min şirkət iştirak edib. Məlumatda bildirilir ki, “0”dan başlayaraq biznes qurmaq həmişə çətin olub, lakin dünyada elə yerlər ölkələr var ki, orada şirkət yaratmaq digərləri ilə müqayisədə asandır: “Azərbaycanda şirkətin qurulması zamanı sizin, çox güman ki, onu kommunal şəbəkələrə qoşmaqla bağlı probleminiz yaranmayacaq”.

Siyahıya, həmçinin Belçika, Böyük Britaniya, İsveç, Estoniya, Kosovo, Yamayka, Cənubi Koreya, İrlandiya, Ermənistan, Gürcüstan, Avstraliya, Sinqapur, Makedoniya, Honkonq (Çin), Kanada Yeni Zelandiya daxildir.

Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək qiymət alıb. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə qərarlaşıb.

Azərbaycan dünyada üç daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılmasıgöstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsigöstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması Elektrik təchizatı şəbəkələrinə qoşulmameyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmizBiznesə başlamagöstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunmasıgöstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılmasıgöstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) Elektrik təchizatı şəbəkələrinə qoşulmagöstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business 2017” hesabatınınBiznesə başlamagöstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib. Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.

MDB məkanında da ölkəmiz liderliyini qoruyub saxlayır. Bu yaxınlarda Qırğızıstanın “ca-news” portalı MDB Statistika Komitəsinin saytına istinadən birlik dövlətləri üzrə son 20 ilin makroiqtisadi göstəriciləri ilə bağlı material yayıb. Ölkələr üzrə göstəricilər bir qrafikə yığılıb ki, oxucu son 20 ilin nəticələrini görə bilsin. Siyahıya iqtisadiyyatı son 20 ildə 5 dəfədən çox artan, neftlə zəngin Azərbaycan mütləq liderlik edir.

Qlobal maliyyə böhranı şəraitində ümumi daxili məhsulda, eləcə də qeyri-neft sektorunda irəliləyişə nail olunması respublikanın iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirir. Bir çox dövlətlərdən fərqli olaraq ölkəmizdə böyük infrastruktur layihələrinin icrası davam etdirilir, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilir, bütün bunların da əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanır. Regional əməkdaşlıq məsələlərinin həllində Azərbaycan çox önəmli bir ölkəyə çevrilib. Ölkəmizin bilavasitə təşəbbüsü ilə icra edilən böyük enerji layihələri son illər ərzində daha da geniş miqyasa çıxıb. Artıq bu, qitələrarası enerji layihələridir. Xüsusilə “Cənub qaz dəhlizi “ bu baxımdan diqqəti cəlb edir. Bu enerji dəhlizi 2006 və 2007-ci illərdə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır.

Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub qaz dəhlizi” uğurla icra edilir. “Şahdəniz-2” layihəsinin icrası 83 faiz təşkil edir. TANAP layihəsinin də icrası təqribən 40 faizə yaxındır. Bu nəhəng enerji, iqtisadi layihələr gələcəkdə ölkəmizə çox böyük iqtisadi dividendlər gətirəcəkdir. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlarından biri olan Avropa bazarına çıxarırıq. Bizim enerji siyasətimiz dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatını yaratmışıq və bu formatı genişləndiririk.

Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modeli formalaşıb. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. 2008-ci ildən başlamış və daha çox inkişaf etmiş ölkələrin iqtisadi və maliyyə-bank sistemlərini sarsıdan qlobal maliyyə-iqtisadi böhranın mənfi fəsadlarının beynəlxalq miqyasda əlaqələndirilmiş səylərə baxmayaraq, tam aradan qaldırılmasına nail olunmayıb. Qlobal maliyyə-iqtisadi böhranın ciddi təsirlərinin müşahidə olunduğu bir şəraitdə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət öz müsbət nəticələrini verib. Respublikanın əldə etdiyi nailiyyətlərin dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında əksini tapması ölkəmizdə aparılan islahatların uğurlarından xəbər verir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 23 noyabr.- S. 1, 6.