Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminində əsas söz sahiblərindəndir

 

Yeni neft strategiyasının nəticəsi olaraq respublikamız enerji müstəqilliyini təmin edərək bütövlükdə Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib. Buna görə ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlib. Azərbaycanın neftlə yanaşı böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır.

Enerji strategiyamızın uğurla həyata keçirilməsi daha yeni layihələrin üzərində işlənilməsini də vacib edir. Tərəfdaş ölkələrlə birgə çəkilən neftqaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, sosial tələbatlarımızı ödəməyə, iqtisadisiyasi islahatları daha sürətlə aparmağa imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində, eləcə də ölkəmizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmışdır. Hazırkı dövrdə “Cənub qaz dəhlizi”nin əhəmiyyəti daha da artıb. Bu dəhlizin onurğa sütununu isə TANAP təşkil edir. Xatırladaq ki, “Cənub qaz dəhlizi” və “Şahdəniz” yatağının işlənilməsi hazırda Avropanın ən böyük infrastruktur layihəsidir.

Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun imzalanması da ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Transanadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. “Cənub qaz dəhlizi”nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır.

2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq “Cənub qaz dəhlizi”nin üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçüngeniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaqdır. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaqdır. “Cənub qaz dəhlizi” ilə bağlı sazişin imzalanmasından sonra Azərbaycan Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilməklə, artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olub.

Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin iki görüşü keçirilmişbu layihənin icrası ilə bağlı məsələlər müzakirə olunmuş, mətbuat üçün bəyanat qəbul edilmişdir. “Cənub qaz dəhlizi” Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi. Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir. Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında Birgə Bəyannaməsi imzalandı.

“Şimal-Cənub” nəqliyyat dəhlizi də strateji əhəmiyyət daşıyan transmilli layihədir və gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi var. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. İmişli-Parsabad nəqliyyat xəttinin birləşməsi regional əməkdaşlığa çox müsbət təsir göstərəcək. “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması üçün ilk addım Astara-Astara dəmir yolunun birləşdirilməsidir. Digər bir tərəfdən də, Astara-Rəşt dəmir yolu xəttinin bir-birinə bağlanması da böyük imkanlar açacaq. Sərmayə qoyuluşunun 50 faizi İran, 50 faizi isə Azərbaycan tərəfindən təmin ediləcək. Dəmir yolu xəttinin istifadəyə verilməsi nəticəsində Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq. Bununla da, Qafqaz ölkələrinin, Rusiyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışı təmin ediləcək ki, bu da region ölkələrə böyük iqtisadi dividendlər gətirəcək.

Prezident İlham Əliyevin ötən ayın əvvəllərində İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirakı da çox önəmli hadisə oldu. Xatırladaq ki, Dünya Enerji Şurasının ən mühüm tədbirlərindən olan Konqres enerji sahəsində problemlərin və onların həlli yollarının qlobal miqyasda nəzərdən keçirilərək müəyyən edilməsi məqsədilə təşkil olunan ən mühüm beynəlxalq enerji tədbiridir. Üç ildən bir təşkil edilən Konqres enerji sahəsində fəaliyyət göstərən qurumlara yeni texnologiyalaryeni imkanları təqdim edir. Azərbaycanın da belə bir mötəbər tədbirdə iştirakı ölkəmizin enerji təhlükəsizliyi sahəsində gördüyü işlərə verilən önəmin əyani təcəssümudür.

23-cü Dünya Enerji Konqresində dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatları, “beyin mərkəzləri”ni, universitetləri, enerji və sənaye qurumlarını təmsil edən 10 mindən çox nümayəndə iştirak etmişdir. Konqres çərçivəsində “Dünya enerji liderləri”, “Gələcəyin enerji liderləri”, “Enerji trilemması” mövzularında xüsusi sessiyalarda milli, regionalqlobal miqyasda bərpa olunan enerjini təmin etmək üçün alternativ yollar axtarışında olan ölkələrin enerji nazirləri, biznes, maliyyə və elm sahələri üzrə tanınmış şəxslər ətraflı müzakirələr aparmışdır. Yeni enerji mənbələrinin müəyyən edilməsi və bərpa olunan enerji mənbələrindən istifadə hazırda qarşıda duran əsas hədəflərdəndir. “Yeni üfüqlərə qucaq açmaqdevizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində verilən çox mühüm mesajlar gələcək üçün də “yol xəritəsi” ola bilər.

Prezident İlham Əliyev Konqresdə çıxışı zamanı Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rola bir daha diqqəti cəlb etmişdir: “Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır.

“Cənub qaz dəhlizi”nin icrasında artıq 7 ölkə birləşib və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftlə, qazla bağlı idi. Bu gün isə biz neftdən və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neftqaz hazırda cəmi 30 faiz təşkil edir.

Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olmuşdur ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüzxarici ölkələrə sərmayə qoyaq. Müstəqilliyimizin ilk illərində xarici yatırımdan asılı idik. Bu gün biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir”.

Azərbaycan enerji şaxələndirilməsində, təhlükəsizliyində mühüm rol oynayır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə də çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edibregional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha böyük uğurlara gətirib çıxaracaq.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 24 noyabr.- S. 1, 4.