Müstəqil siyasət demokratik inkişafı təmin edir

 

Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin təminatıdır

 

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə siyasihüquqi liberallaşmaya, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatların sürətləndirilməsi mühüm nəticələrə gətirib çıxarıb. Ölkə başçısının həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakteriniinkişaf yolunu müəyyən edir. Respublikamızın regionda siyasiiqtisadi baxımdan güclənməsi, inkişafını məhz daxili imkanları hesabına təmin etməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması antiazərbaycançı dairələri ciddi narahat edir.

Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri də belə bir qənaətin formalaşmasına gətirib çıxarır ki, Avropa məkanında əsl demokratik dəyərlərə “ikili standartyanaşma getdikcə güclənir. Müasir dövrdə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq. Ölkəmizə qarşı əsassız ittihamlar, təzyiq cəhdləri ilə zaman-zaman üzləşmişik. Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövlətinə çevrilməsindən narahat olan bəzi dövlətlər, xüsusən də Ermənistanı açıq şəkildə müdafiə edən antiazərbaycançı şəbəkə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycan əleyhinə ənənəvi çirkin kampaniyaya Avropadünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması təəssüf hissi doğurur.

Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər” - deyən Prezident

İlham Əliyev antiazərbaycançı qüvvələrə sərt mesaj ünvanlayıb. Azərbaycanın regionun güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr ölkəmizə qarşı “təzyiq rıçaqları”nı istənilən formada işə salsalar da, istəklərinə nail ola bilmirlər. “İkili standartlar”ın əsirinə çevrilən bəzi xarici qurumlar ölkəmizdə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamırlar. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilib. Bunu gözü götürməyən antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı apardıqları qərəzli kampaniyalar heç vaxt nəticə verməyib.

Ötən il Avropa Parlamentində (AP) Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qəbul edilən qərəzli qətnamədə Azərbaycana qarşı ədalətsizlik, onun beynəlxalq nüfuzuna ləkə yaxmaq niyyəti, dövlət strukturlarına, hüquq-mühafizə sisteminə hörmətsizlik, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək cəhdi açıq şəkildə özünü büruzə verdi. Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında, Milli Məclis 2015-ci il sentyabrın 14-də müvafiq qərar qəbul etdi. Həmin qərara əsasən, Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərinə qatılmamasını qərara aldı. Eyni zamanda, həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyuldu.

2016-cı ilin aprel ayında Avropa Parlamentinin rəhbərliyi Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqu bərpa etmək üçün Avronest PA-nın nümayəndə heyətini Azərbaycana ezam etdi. Bu istiqamətdə danışıqların davam etdirilməsi üçün sentyabrın 19-21-də Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda oldu və əlaqələrin bərpa edilməsi məsələsi müzakirə edildi. Səfərin yekunlarına əsasən, qəbul edilmiş bəyanatda Avropa Parlamentinin nümayəndə heyəti bir ildən bəri Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun olmamasından təəssüfləndiyi bildirildi, qarşılıqlı münasibətlərin kəsilməsinə gətirib çıxara biləcək hər hansı halın gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd olundu. Milli Məclis Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək barədə qərar qəbul etdi.

Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edən zaman avropalı parlamentarilərə bu məsələ ilə bağlı qətiyyətli mövqeyini bildirmişdi. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlət başçısı ölkəmizin siyasi, iqtisadi, sosial və digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirdi və respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırdı.

Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda Avropa Parlamentinin Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiyası olmadığını da açıq bildirdi. Azərbaycan Avropa ölkələri ilə əlaqələrə böyük önəm verdiyini deyərək, Azərbaycanın da Avropa ölkələrinin inkişafına mühüm töhfə verə biləcəyini vurğuladı. Prezident İlham Əliyev bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılmasının önəmini bildirdi.

Bu gün Avropa ölkələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Avropa dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosialmülki hüquqlarının təminatına qarşı yönələn tədbirlər həyata keçirilir. İnsanlar yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir, inflyasiya artır. Bütün bunların fonunda Azərbaycanın demokratik yolla inkişafı görünür, Avropada müəyyən dövlətləri əməlli-başlı qayğılandırır. Azərbaycanda siyasihüquqi azadlıqların təmini istiqamətində ardıcıl, sistemli addımlar atılır. Bir çox Şərq ölkələrindən fərqli olaraq, Azərbaycanda iqtisadi inkişaf və demokratikləşmə prosesləri bir-birini tamamlayır. İnsanların konstitusion hüquq və azadlıqlarının təminatı ilə bağlı heç bir problem yoxdur. Əlbəttə, keçid dövrünü uğurla başa vuran ölkəmizin qarşıda həll etməli olacağı problemləri də varbunu ölkə iqtidarı da açıq etiraf edir. Cəmiyyəti qayğılandıran problemlər də tədricən həllini tapır, ölkə başçısının siyasi iradəsi ilə korrupsiya, rüşvətxorluq, inhisarçılıq meyillərinə qarşı mübarizə gücləndirilir.

Təəssüf doğuran haldır ki, bu gün hansısa təəssübkeşliklə Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək istəməyən Qərbin “demokratiya carçıları” Azərbaycandakı xırda çatışmazlıqları süni şəkildə şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, antihumanist, zorakı addımlara isə göz yumurlar. Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə Avropada nədənsə “yada düşmür”.

Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi olmaqla yanaşı, onun iqtisadi müstəqilliyinin və enerji təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi çıxış edir. Eyni zamanda, Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Belə bir ölkəyə dar siyasi maraqlardan çıxış edərək qərəzli münasibətin göstərilməsi ən azı, təəssüf hissi doğurur. Dünyada nüfuzu durmadan artan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan gündən-günə güclənir. Azərbaycan bu gün təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülhinkişaf mərkəzlərindən biri kimi tanınır. Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerantlıq ölkəsidir. Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.

Azərbaycan demokratik inkişaf yolunu Avropanın və Qərbin xoşuna gəlmək üçün seçməyib. Bu yol xalqımızın demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Qərəzli iddialara, qərarlara baxmayayraq, respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 26 noyabr.- S. 1, 2.