Azərbaycanda dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat inkişaf edir

 

Qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər müəyyənləşib

 

Qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verən çevik islahatların aparılması iqtisadi dayanıqlığın təmin olunmasına şərait yaradıb. Ölkə rəhbərliyi tərəfindən vaxtında qəbul edilən qərarlar sayəsində Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhran vəziyyətindən ən az itkilərlə çıxan respublikadır. Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var.

İqtisadi inkişafın əsas hədəfi, rəqabətqabiliyyətliyin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya yolu ilə uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi inkişafın davamlığını təmin etməkdir. Prezident İlham Əliyev son illər imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun potensialından tam və səmərəli istifadə, onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

Ümumdünya İqtisadi Forumu Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Azərbaycan BMT-nin üzvü olan dövlətlərin Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə də qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosialekoloji aspektlərini əhatə etməklə Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı fərman imzalaması da həmin məqsəddən irəli gəlir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyənləşdirməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsiixracyönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində işlər aparılır. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib ki, həmin vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına həyata keçirilib. Kreditlərin 74 faizi regionların payına düşür. Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün Aktau şəhərində logistika mərkəzi artıq sahibkarların istifadəsinə verilmişdir. Növbəti belə mərkəzin Rusiya Federasiyasının Yekaterinburq şəhərində inşası nəzərdə tutulur. İxrac-idxal əməliyyatları zamanı elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün beynəlxalq təcrübədə mövcud buraxılış sisteminin tətbiqi istiqamətində uğurlu işlər həyata keçirilir. Dövlət başçısının 21 may 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” artıq tətbiq olunur. Bu, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsinə, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişafına imkan verməklə qeyri-neft ixracının artmasına, xarici ticarətin coğrafiyasının genişlənməsinə, Azərbaycan məhsullarının yeni bazarlara çıxarılmasına geniş imkanlar yaradır. Həyata keçirilən tədbirlər ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac və rəqabətqabiliyyətliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələndirilməsinə xidmət edir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan digər yoxlamalar 2 il müddətinə dayandırılıb. Sahibkarlığın inkişafı, bu istiqamətdə əlverişli şəraitin yaradılması məqsədilə ölkə başçısının müvafiq fərmanlarına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyədək verilmiş və qüvvədə olan lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Eyni zamanda bu ilin martında “Lisenziyalar və icazələr haqqında” qanun qəbul edilmişdir ki, həmin qanuna əsasən sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilib.

Azərbaycan bu gün qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, Azərbaycanın xammal ixrac edən respublikadan elmtutumlu sənaye informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Xüsusən regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini ön plana çıxarmış bu istiqamətdə müəyyən addımlar atılmışdır. Hazırda Sumqayıt kimya sənaye, Balaxanı, Mingəçevir Qaradağ sənaye parklarında, Pirallahı Mingəçevir yüksək texnologiyalar parklarında, Neftçala Sənaye Məhəlləsində müvafiq işlərin görülməsi davam etdirilir. Yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları məhəllələrinin yaradılması imkanları araşdırılır.

Ölkədə sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı davamlı inkişafı digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Sahibkarlığın inkişafına diqqət göstərilməsi, adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlüyündən xəbər verir. Əlverişli biznes mühitinin yaradılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq maliyyə qurumları tərəfindən təqdir edilir.

Dünya Bankı bu günlərdə biznesin qeydiyyatdan keçirilməsinin sadə olmasını, kreditlərin əlverişliyini digər bir sıra amilləri nəzərə alaraq sahibkarlıq üçün planetin ən yaxşı pis ölkələrinin reytinq siyahısını tərtib edib. “Business Insider” portalı biznesə başlamaq onu inkişaf etdirməyin çox asan olduğu 17 ölkədən ibarət siyahını dərc edib. Sorğuda 139 ölkədən 130 min şirkət iştirak edib.

Məlumatda bildirilir ki, 0-dan başlayaraq biznes qurmaq həmişə çətin olub, lakin dünyada elə yerlər ölkələr var ki, orada şirkət yaratmaq digərləri ilə müqayisədə asandır: “Azərbaycanda şirkətin qurulması zamanı sizin, çox güman ki, onu kommunal şəbəkələrə qoşmaqla bağlı probleminiz yaranmayacaq”.

İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanda yerli xarici sahibkarların qüdrətli hamisinə çevrilmiş dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına ölkəmizdə özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub. Sahibkarlığın inkişafına diqqətin daha da artırılması növbəti ildə mühüm nəticələrin əldə olunacağına əminlik yaradır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 27 noyabr.- S. 1.