A.Q.Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 29 noyabr.- S. 4.