Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Prezidenti Aleksandr Lukaşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2016.- 29 noyabr.- S. 4.