İLHAM ƏLİYEVin “Qlobal sülh və əməkdaşlıq" formulu

Prezident Azərbaycan multikulturalizmini ayrı-seçkilik və humanitar fəlakət meyillərinə qarşı ən mükəmməl mübarizə vasitəsi kimi beynəlxalq ictimaiyyətə təqdim etdi

Bakıda artıq beşinci dəfə keçirilən Beynəlxalq Humanitar Forum dünyanın ən böhranlı dövrünə təsadüf edir. Bütün qitələrdə ksenofobiyanın geniş yayıldığı, humanitar fəlakətin yeni ölkələri öz cənginə aldığı, qaçqınların sayının 65 milyona çatdığı, hər gün yüzlərlə insanın terrorizmin qurbanına çevrildiyi, dövlətlərin bir-birinin ardınca süquta uğradığı bir zamanda dünyanın 80-ə yaxın ölkəsinin, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri bu bəlalardan qurtuluş yollarını aramaq üçün yenidən ölkəmizdə toplaşdılar.

Dünya növbəti dəfə Bakıda birləşdi

Azərbaycanın planetin ən etibarlı sülh və səmərəli tərəfdaşlıq platforması olması artıq danılmaz faktdır. Respublikamız bu sahədə həm öz təkmil təcrübəsini nümayiş etdirir, həm də sivilizasiyalararası əməkdaşlığın mükəmməl nümunəsi kimi birləşdirici faktora çevrilir. Məmləkətimizin daha bir nailiyyəti də odur ki, o, humanitar fəlakatlərə qarşı birgə mübarizənin təşkili, eləcə də, ayrı-seçkiliyin aradan qaldırılması vasitələrinin müəyyənləşdirilməsi istiqamətində qlobal miqyasda aparılan fəaliyyətin istinad nöqtəsinə çevrilib.

Bir neçə il əvvəl Dünya Dinləri Liderlərinin zirvə görüşünə, beş ay öncə isə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna evsahibliyi edən ölkəmizdə iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunur. Avropa ilə Asiyanın mədəniyyətlərarası əməkdaşlığını təsis edən Azərbaycan “Bakı prosesi” adlı qlobal hərəkatın favoritidir. Avropanın ən mötəbər mədəniyyət festivalı olanEurovision” Bakıda təşkil olunur, bölgələrimiz isə islam mədəniyyətinin paytaxtı seçilir. Ötən il Avropanın ən böyükilk idman yarışını keçirən Azərbaycan gələn il islam ölkələrinin idman olimpiadasının evsahibi olacaq.

Azərbaycan mədəniyyətdən idmana, siyasətdən diplomatiyaya, tolerantlıqdan multikulturalizmə qədər bütün sahələrdə dünyanın ən fəal əməkdaşlıq məkanlarındandır. Bunu təmin edən siyasət isə şübhəsiz ki, Prezident İlham Əliyevin fəaliyyəti və ideya məramıdır. Hakimiyyətin rəsmi kursu sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma kimi prinsipləri təmin və təbliğ etməkdir. Bu kurs dünyada tüğyan edən faşizmksenofobiya elementləri fonunda öz misilsizliyinidüzgünlüyünü daha aydın nəzərə çarpdırır.

Günümüzün acı gerçəkliklərindən biri də müxtəlif qitələrdə 70 illik fasilədən sonra faşizmi yenidən dövlət ideologiyasına çevirmək istəyənlərin geniş dəstək tapmaları, dövlət idarəçiliyinə cəlb olunmalarıdır. Faşizm elementləri bu gün Ermənistanın rəsmi siyasətində, Avropada artıq parlamentdə və hökumətdə təmsil olunan partiyaların fəaliyyətində, “İŞİD”inonu marionetə çevirən məlum dövlətlərin, qüvvələrin əməllərində açıq təzahür edir. Ən acınacaqlı vəziyyət isə gənclərin bu zərərli təsirlərin aparıcı kütləsinə çevrilmələridir. Azərbaycanın malik olduğu və təşviq etdiyi model isə bu meyillərin zərərsizləşdirilməsində istifadə oluna biləcək ən etibarlı silahlarındandır.

İlham Əliyevin dərsləri və nümunəsi

İlham Əliyevin liderliyində Azərbaycan fərqli qitələrin, müxtəlif dinlərin, ziddiyyətdə olan təfəkkür və dünyagörüşlərinin, toqquşan sivilizasiyaların ortaq təmas nöqtəsinə, sağlam əməkdaşlıq məkanına çevrilib!

İlham Əliyev XXI yüzilliyi ötən əsrin zərərli tendensiyalarının buxovundan azad edərək, sivilizasiyaların fəal əməkdaşlıq dövrünə çevirmək təşəbbüsünün azsaylı müəlliflərindəndir!

İlham Əliyevin “Qlobal sülh və əməkdaşlıq” formulu Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsinə və onu gerçəyə çevirmək istəyən yeni savaş ssenarilərinə qarşı ən effektiv mübarizə vasitələrindəndir!

İlham Əliyev bu gün beynəlxalq təhdidlərə qarşı fəal, çevik, səmərəli mübarizə fəaliyyətini təşviq edir, lokal məkanda yaratdığı təkmil Azərbaycan modelini qlobal miqyasa nümunə göstərir!

Prezidentin V Bakı Humanitar Forumunda nitqinin mahiyyəti məhz bu mövzulara aid idi. Beynəlxalq mötəbər tədbirlər sırasında xüsusi yer tutan forumun əhəmiyyətindən danışan ölkə rəhbərinin fikrincə, bu həm mütərəqqi qüvvələrin səylərini birləşdirmələrinin zəruruliyini dünyaya siqnal kimi ötürür.

“Biz çalışırıq çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulub” - Prezidentin bu fikirləri uğurlu Azərbaycan modelinin tarixi kökləri ilə yanaşı, perspektiv istiqamətlərini forum iştirakçıları üçün tam aydınlaşdırdı.

İlham Əliyevinböhrandan xilastezisləri

Dünyanı narahat edən məqamlardan açıq danışılmasını istəyən İlham Əliyev məlum zərərli meyillərə qarşı mübarizənin ana xətti olan prinsipləri açıqladı:

- beynəlxalq humanitar əməkdaşlıq daha da dərinləşməlidir;

- multikulturalizmlə bağlı beynəlxalq təşkilatlar, ölkələr konkret mövqeyini bildirməlidir;

- multikulturalizmin alternativi ksenofobiya, ayrı-seçkilik, irqçilik, islamofobiya, antisemitizmdir buna görə bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir;

- Avropada yenidən baş qaldıran faşizm müsəlman aləmində radikal qüvvələrin daha böyük dəstək qazanması kimi məsələlər açıq müzakirə edilməlidir;

- miqrantlara qarşı Avropada kütləvi hal alan radikal ovqat aradan qaldırılmalıdır;

- beynəlxalq miqyasda ikili standartlara son qoyulmalıdır;

- mütəxəssislərin, elm xadimlərinin, görkəmli şəxsiyyətlərin tövsiyələri, diskussiyaları problemdən çıxış yollarının aydınlaşdırılmasında əsas amillərdən olmalıdır s.

İlham Əliyevin bu mülahizələriböhrandan xilastezisləri olmaqla yanaşı, onun illərdir ki irəli sürdüyüQlobal sülh əməkdaşlıqtəşəbbüsünün əsas leytmotivlərini əks etdirir beynəlxalq məkanda qüvvələrin səfərbər olma istiqamətlərini düzgün müəyyənləşdirir.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-TuveycrininDialoqun dünyada sülhün təşviq edilməsi istiqamətində göstərilən beynəlxalq səylərin mühüm rəmzinə çevrilmiş V Bakı Beynəlxalq Humanitar Forumuna görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirmək istəyirəm. İlham Əliyevin böyük səyləri mühüm təşəbbüsləri sayəsində sülh, insanlar arasında qarşılıqlı anlaşma, dinlər mədəniyyətlər arasında yaxınlaşma meyilləri artır Azərbaycan da bu yolla gedirfikri bu baxımdan mübaliğəsiz olaraq, bütün iştirakçıların ortaq qənaəti, yekdil münasibəti idi.

BMT baş katibinin müavini Cihan Sultanoğlu isə ölkəmizin qlobal miqyasda geosiyasi rolunu çox düzgün izah etdi: “Azərbaycan bu gün həyata keçirdiyi islahatlara görə regionun aparıcı dövlətinə çevrilib. 2010-cu ildən etibarən Azərbaycan insan inkişafı reytinqi üzrə BMT-nin İnkişaf Proqramında ən öncül yerlərdən birini tutur. Təbii ki, bütün bu nailiyyətlər, Azərbaycanda əldə edilmiş yüksək nəticələr Avrasiya, Avropa Orta Şərq regionlarında humanitar məsələlərin həllinə töhfə verib. Azərbaycanın qlobal regional böhranların həllinə verdiyi töhfəyə gəldikdə isə bu yardımın böyük olduğunu çox yaxşı bilirik”.

Forumun real nəticələri arasında iki məqam xüsusi seçilir:

- Azərbaycan qlobal sülh və əməkdaşlıq hərəkatının öncüllərindən olaraq, bu prosesə töhfə verməkdə davam edəcək və beynəlxalq təşəbbüsün mərkəzi aktoru olacaq;

- dünya Azərbaycan həqiqətlərini, uğurlarını, inkişafını aydın gördü, həmçinin üzləşdiyimiz təcavüzün acı fəsadlarını və buna şərait yaradan ikili standartları bir daha öyrəndi.

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə layiqincə evsahibliyi etdi. Müstəqilliyinin bərpasının ildönümü ərəfəsində bu forum növbəti nailiyyət kimi qəbul edilir. Nailiyyətlərimiz isə həqiqətən də çoxdurqürurvericidir.

Prezidentin təbirincə desək, fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir, gözəl ölkə qurmuşuq və hər şey bundan da gözəl olacaq...

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2016.- 1 oktyabr.- S.1.