Praqmatik islahatlar modelinin növbəti uğuru

Azərbaycan Ümumdünya İqtisadi Forumunun reytinqində MDB ölkələri arasında liderdir

 

Bu gün dünya ölkələrində müşahidə edilən iqtisadi problemlərə, regional səviyyədə gedən mürəkkəb siyasi iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq Azərbaycanın dayanıqlı inkişafı təmin olunur. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir.

Prezident İlham Əliyevin çevik düzgün siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər xarici risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkəmizin dayanıqlı inkişafını təmin edir. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Prezident

İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilən qərarlar strateji xarakter daşımaqla yanaşı, ölkədə sahibkarlığın inkişafında yeni dövrün başlanğıcına zəmin yaradıb. Həm sahibkarlığın inkişafı, həm biznes investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlərin beynəlxalq iqtisadi təşkilatların hazırladıqları hesabatlarda da öz əksini tapması ölkəmizin uğur göstəricisidir. Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2016” hesabatında Azərbaycan mövqeyini 17 pillə yaxşılaşdıraraq 63-cü pilləyə yüksəlib. Ölkəmiz hesabatınBiznesə başlamagöstəricisi üzrə 5 pillə, “Tikinti üçün icazələrin alınmasıgöstəricisi üzrə 36 pillə, “Kiçik investorların maraqlarının qorunmasıgöstəricisi üzrə 15 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulmagöstəricisi üzrə 49 pillə Xarici ticarətin aparılmasıgöstəricisi üzrə 72 pillə irəliləyib. Bununla da Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 daha çox islahat aparan 24 ölkədən biri olub.

Bu günlərdə isə Ümumdünya İqtisadi Forumu 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın adı xüsusi olaraq vurğulanıb. Ölkəmiz 138 dövlət arasında 40-cı pillədən 38-ci pilləyə yüksəlib. Sənədə əsasən, Azərbaycan iqtisadiyyatı 2015-ci ildə olduğu kimi, MDB dövlətləri, türkdilli ölkələr BRİCS ölkələri (Çin Xalq Respublikası istisna olmaqla) arasında ən rəqabətli iqtisadiyyat kimi qiymətləndirilib. 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatına istinadən qeyd edilir ki, dünya bazarlarında neft qiymətlərinin azalması fonunda neft ixracatçısı ölkəsi sayılan Azərbaycanın makroiqtisadi mühitində çətinliklər yaransa da, aparılan islahatlar nəticəsində sahibkarlıq mühitində ticarətdə effektivliyin artırılması ölkənin iqtisadiyyatına müsbət təsir edib. Habelə biznes mühiti üçün zərərli faktor sayılan korrupsiyaya qarşı mübarizədə Ümumdünya İqtisadi Forumu Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.

Subindikatorların tərkibinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığa başlamaq üçün prosedurlara görə 3-cü, sahibkarlığa başlamaq üçün tələb olunan vaxta görə 9-cu, qadınların əmək bazarında fəaliyyətinə görə 18-ci, makroiqtisadi mühitə görə 39-cu, investorların təhlükəsizliyi baxımından 36-cı yerdə qərarlaşıb.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 13 ilə yaxın müddətdə iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri olan sahibkarlığın inkişafına daim önəm verib. Məhz elə buna görə biznes investisiya mühiti davamlı olaraq yaxşılaşıb, müvafiq qanunvericilik bazası təkmilləşib, inzibati prosedurlar sadələşib.

Vergi güzəştlərinin tətbiqi, iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin gücləndirilməsi nəticəsində Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb, özəl sektor iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib. Ölkədə güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli ixracyönümlü məhsullar istehsal edən müəssisələrin qurulması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, respublikanın ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.

İlin əvvəlində “2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq” - deyən dövlət başçısı bu vaxta qədər həyata keçirilən islahatları daha qətiyyətlə və daha sürətlə aparmaq istiqamətində tədbirlər gördü. Dövlət başçısının rəhbərliyi və təşəbbüsü ilə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başlanıldı. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin, Apelyasiya Şurasının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması ilə bağlı verilən fərman və sərəncamlar ölkə iqtisadiyyatının, eləcə də sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Yoxlamaların dayandırılması sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə yol açıb. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına müsbət təsir göstərib. Azərbaycan Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının etibarlı qorunmasına, sahibkarların şikayətlərinə daha həssas yanaşılmasına xidmət edir.

Prezident İlham Əliyevin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyasında yer alan ən mühüm amil ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsidir. Onu da vurğulayaq ki, artıq yeni iqtisadi islahatların yol xəritəsi də tərtib olunub. Strateji yol xəritəsi 2025-ci ilə qədər və sonrakı illərdə əldə olunacaq ümumi hədəfləri müəyyən edir. Bu yol xəritəsi çərçivəsində bir il üçün ətraflı yol xəritəsi, iqtisadi inkişaf strategiyası və 2016-2020-ci illər üçün Tədbirlər Planı, 2025-ci il üçün uzunmüddətli proqnoz və 2025-ci ildən sonrakı dövr üçün məqsədli proqnoz hazırlanıb.

Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası ölkənin yeni inkişaf hədəflərinə hesablanıb.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.- 1 oktyabr.- S.1-10.